Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda yol polislərinin kobud qayda pozuntusu – REAL VİDEO
Bakıda yol polislərinin kobud qayda pozuntusu – REAL VİDEO
04 Fevral 2016 / 14:47 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4
YP 499 və YP 248 zebra ilə yol keçən piyadalara yol vermədi

Dövlət yol polisi əməkdaşlarının yol hərəkəti qaydalarını pozmasını əks etdirən videolar çox yayılıb. Avtosfer.az-ın təqdim bu video isə ən yenisidir. Avtosfer.az-ın daimi oxucularından olan Rəşadın göndərdiyi video Binəqədi rayonunda çəkilib.

«Akabe» inşaat adlanan ərazidə piyada keçidindən keçən piyadalara yol verməyən Yol-Patrul Xidmətinin iki avtomobili hərəkəti sürətlə davam etdirirlər.

Diqqət etsək, onlardan yalnız birinin qayda pozduğunu ehtimal etmək olar. Yəni, qarşıdakı DYP avtomobilinin hərəkət etdiyi hissədə piyada yox idi. Piyada əks tərəfdə hərəkət edirdi. Lakin ikinci YPX maşını yaxınlaşanda artıq piyada həmin hərəkət hissəsinə daxil olmuşdu. Amma yol polislərinin sürücülərə qarşı münasibəti ilə tutuşdursaq, hər iki DYP avtomobilinin sürücüsü qaydaları pozub. Çünki bu situasiyada hansı sürücü olsaydı, yol polisi dərhal ona cərimə tətbiq edəcəkdi. Əslində isə əks zolaqda olan piyadaya görə sürücülərə cərimə tətbiq edilməsi yanlış yanaşmadır.

O ki qaldı yol polisi avtomobilini operativ nəqliyyat vasitəsi sayılmasına, bəli, operativdir, amma səs siqnalı və sayrışan işıqlardan istifadə olunmalidir. Amma bu videodakı YPX maşınlarında bunu görmürük. Onlar keçidə yaxınlaşarkən sürəti azaltmadan hərəkəti davam etdirirlər…

Rəşad yazır ki, bir neçə gün əvvəl yol polisləri onu piyadaya yol vermədiyinə görə cərimə ediblər, hansı ki, həmin ərazidə keçid yox imiş. Lakin Rəşad bununla razılaşıb və cəriməni ödəyib. Amma indi Rəşadı düşündürən bir sual var: 99 YP 499 və 99 YP 248 dövlət nömrə nişanlı YPX avtomobillərini idarə edən yol polisi əməkdaşlarını kim cərimə edəcək? Bu videonun surəti [email protected] ünvanına göndərilsə də, cavab verilməyib.

Qeyd edək ki, bu hadisə ötən il dekabrın 29-da baş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə