Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeynal Nağdəliyev Sumqayıtda…
Zeynal Nağdəliyev Sumqayıtda…
04 Fevral 2016 / 14:52 / Baxış sayı: 1440
Font1 Font2 Font3 Font4

“Dünyada iqtisadi böhran baş verib. Böhran Azərbaycana təsir etməyə bilməzdi. İqtisadi böhran milli valyutaya təsirini göstərib. Amma etiraf etmək lazımdır ki, bu, ölkəmizdə elə də ciddi hiss olunmur”.

“Report”-un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda iqtisadi böhranın aradan qaldırılması istiqamətində işlər görülür: “Bilirsiz ki, özəlləşdirmə işi surətlə aparılır. Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir. Böhrandan çıxış üçün sahibkarlara şərait yaradılmalıdır, onların fəaliyyət istiqamətləri genişləndirilməlidir”.

Z.Nağdəliyev bildirib ki, neftin qiymətinin dünya bazarında düşməsinə baxmayaraq, Azərbaycan dinamik inkişaf etməkdə davam edir: “Bilirsiz ki, dünyada böhran olduğu halda əmək haqları, təqaüdlər artırıldı. Bu, Prezident İlham Əliyevn yürütdüyü siyasətin nəticəsidir. Dövlət başçısı bütün problemlərlə maraqlanır, müvafiq tapşırıqlarını verir. 12 ildə xeyli nailiyyət əldə etmişik. Nailiyyətlərimiz bütün sahələri əhatə edir”.

***
13:33
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin Sumqayıt şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, qarşıda duran vəzifələr müzakirə olunur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə