Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ömürlük məhbus özünü asdı
Ömürlük məhbus özünü asdı
04 Fevral 2016 / 15:13 / Baxış sayı: 236
Font1 Font2 Font3 Font4

Respublika prokurorluğundan arxiv.bizimxeber.az-a daxiol olan məlumata görə, fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olmuş və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asmışdır.

Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum S.İbrahimov vəfat etmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə