Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Jurnalistin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, ötən il Elmira Axundova F.Həşimovu bəzi kütləvi informasiya vasitələrində onun barəsində qərəzli və böhtan xarakterli materiallar yaymaqda günahlandıraraq məhkəməyə verib.
Xətai Rayon Məhkəməsi F.Həşimovun yazdığı məqalə ilə əlaqədar təkzib verməsi və vurulmuş mənəvi ziyana görə ondan E.Axundovanın xeyrinə 5 min manat tutulması barədə qərar çıxarıb. Qərardan narazı qalan F.Həşimov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
arxiv.bizimxeber.az