Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevinc Babayevanın oğlu arvadını bıçaqladı
Sevinc Babayevanın oğlu arvadını bıçaqladı
04 Fevral 2016 / 19:30 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb. “Report” xəbər verir ki, Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. 

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün axtarış tədbirləri davam etdirilir.

A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Xatırladaq ki, S.Babayeva “İnterpol” xəttiylə axtarışa verilmişdi. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə