Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
05 Fevral 2016 / 11:00 / Baxış sayı: 184
Font1 Font2 Font3 Font4

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraqMaliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1.       Maliyyə vəziyyəti haqqında.

2.       Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.

3.       Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

“Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilmişdir və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyi təqdim etməlisiniz. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb.www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilərsiniz”, – deyə məlumatda bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə