Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan: “Müharibə qaçqın axınını dayandırmağa imkan vermir”
Ərdoğan: “Müharibə qaçqın axınını dayandırmağa imkan vermir”
05 Fevral 2016 / 11:02 / Baxış sayı: 190
Font1 Font2 Font3 Font4

Suriyada sülh bərqərar olmayanadək və hava zərbələrinə son qoyulmayanadək  Türkiyə Suriyadan qaçqın axınını dayandıra bilməyəcək. Bunu  Ekvadorda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim avropalı dostlarımız istəyirlər ki, Türkiyə qaçqın axınını dayandırsın. Axı hava zərbələri endirilərkən, biz bunu necə dayandıra bilərik?”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti milyonlarla suriyalı qaçqının problemlərinin həllinə və ölkənin mədəni irsinin  çoxsaylı abidələrinin dağıdılmasının qarşısının alınmasına laqeyd yanaşdıqlarına görə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO və BMT-nin YUNİSEF Uşaq Fondu daxil olmaqla, beynəlxalq qurumları tənqid edib.

“Bizim region ağır dövr yaşayır, Suriyadakı böhran İkinci Dünya Müharibəsi dövründən bu vaxtadək ən böyük insanlıq faciəsi yaradıb”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə 2,7 mln suriyalı qaçqını qəbul edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə