Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

330 bələdiyyə sədri cəzalandırıldı
330 bələdiyyə sədri cəzalandırıldı
05 Fevral 2016 / 14:32 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4

Bələdiyyələrlə bağlı inzibati nəzarət icraatı qaydasında aktların və müraciətlərin araşdırılması zamanı aşkar edilmiş qanun pozuntuları əsasında toplanmış 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2015-ci il üzrə məruzədə deyilir.

Göndərilmiş materiallar əsasən torpaqların qanunsuz ayrılması, korrupsiya hüquqpozmaları, fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan müxtəlif təyinatlı torpaqların zəpt edilməsi, bəzi hallarda həmin torpaqlar üzərində qanunsuz tikinti aparılması və maliyyə pozuntusu faktları ilə bağlı olub.

Prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən olunduğundan 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Bundan əlavə, məhkəmələrə göndərilmiş protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə