Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda oğurluğa görə saxlanan şəxs intihar etdi
Azərbaycanda oğurluğa görə saxlanan şəxs intihar etdi
05 Fevral 2016 / 14:57 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

34 yaşlı kişi özünü xəstəxana binasından atıb. Azərbaycanda oğurluq edən şəxs həbs edilməmək üçün intihar edib. Balakən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun mərkəzi xəstəxanasında qeydə alınıb.

Oğurluq etdiyi üçün polis tərəfindən saxlanan və ayağında problem yarandığı üçün Balakən rayon Mərkəzi Xəstəxanasına gətirilən rayonun Katex kəndsakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov özünü müayinə edildiyi xəstəxananın 3-cü mərtəbəsindən atıb. 34 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bənzər hadisə bir müddət əvvəl Mingəçevirdə qeydə alınıb. Şəhərin polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin bir müddətdən sonra ailəsinə ölüm xəbəri verilib. Hadisədən sonra Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayıb.

Məlumata görə 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu özünü 3-cü mərtəbən atıb. “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib”. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə