Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək
Öz kontenti olan xəbər portalları dəstək ala biləcək
05 Fevral 2016 / 15:53 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

Məlumat verdiyimiz kimi, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  internet xəbər portallarının dövlət yardımından faydalanmasına dair təkliflər hazırlandığını deyib.

Əflatun Amaşov qeyd edib ki, hazırda bu istiqamətdə işlər gedir. Məsələ ilə bağlı daha ətraflı media üzrə eskpert Azər Həsrət Xeberler.az-a məlumat verib.

O deyib ki, saytların maliyyələşdirilməsi üçün zaman artıq çoxdan yetişib: “Avropa Oyunları zamanı da, ondan sonrakı və öncəki böyük ictimai kampaniyalar zamanı da aparıcı ciddi xəbər saytlarının rolu bir daha təsdiqlənmiş oldu. Bu baxımdan indiki məqamda dövlətin maliyyə ayırması yerinə düşərdi”.

Azər Həsrət xatırladıb ki, məsələ ilə bağlı ötən ilin 21 iyulunda Prezident İlham Əliyev də Mətbut Şurasının İdarə Heyətini qəbul edərkən şəxsən tapşırıqlarını vermişdi: “Yəni, dövlətin məsələylə bağlı mövqeyi bəllidir. İndis isə MŞ maliyyələşməylə bağlı kriteriyaları müəyyən etməlidir. Hazırda bununla bağlı müzakirələr gedir”.

Ekspert deyib ki, hazırda  mövcud konkret layihə var və Şura həmin layihənin daha uyğun şəkildə təqdim eilməsi  üçün çalışır. Hansı saytların maliyyələşməsinə gəlincə isə ekspert  vurğulayıb ki, bu, daha çox kontent yaradıcılığıyla fərqlənən saytlar olmalıdır. Azər Həsrət hesab edir ki, ən azı 50 faiz  öz kontenti olan saytlar bu maliyyəni ala bilməlidir.

Onun sözlərinə görə, yaxın aylarda kriteriyalar  hazırlanacaq və artıq məsələ həllini tapacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə