Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir kişi özünü körpüdən atmaq istədi – FOTO
Daha bir kişi özünü körpüdən atmaq istədi – FOTO
05 Fevral 2016 / 16:43 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

İntihar etmək istəyən şəxslə aparılan söhbətdən sonra o, aşağı enməyə razı olub.

Fövqəladə Hallar Nazirliyi Bakıdakı intiharla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla psixoloji söhbət aparılıb, nəticədə intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:47-də başa çatıb.

***
11-29

Bakıda intihara cəhd hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, 40-45 yaşlarında olan kişi Yasamal rayonu ərazisində, daha dəqiq Nəqliyyat Nazirliyinin yanındakı körpünün üzərinə çıxaraq özünü yandıracağını və körpüdən atacağını bildirib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Kişi körpüyə çıxdıqdan sonra kəndirlə belinə bağladığı “butulka”nı açaraq paltarının üzərinə töküb və yandırıb. Yanan gödəkcəsini isə körpüdən aşağıya ataraq ərazidə olan insanlara həyəcanlı anlar yaşadıb.

İntihar etmək istəyən şəxslə aparılan uzunmüddətli söhbətdən sonra kişi fikrindən daşınıb aşağı enməyə razı olub.

ANS PRESS hüquq-mühafizə orqanlarından intihar etmək istəyən şəxsin Dönməz Məmmədov adlı şəxs olduğunu dəqiqləşdirib. Əldə etdiyimiz məlumata görə o, kredit borcunu ödəyə bilmədiyi üçün belə bir addıma əl atıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə