Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mətbuat Şurası 4 saytla bağlı şikayətə baxdı
Mətbuat Şurası 4 saytla bağlı şikayətə baxdı
05 Fevral 2016 / 17:48 / Baxış sayı: 348
Font1 Font2 Font3 Font4
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 sayt barədə məsələyə baxıb.

Öncə Yardımlı Rayon İcra Hakimiyyətinin “arxiv.bizimxeber.az” saytı ilə bağlı müraciəti müzakirə olunub. Komissiya rəyə gəlib ki, şikayət doğuran yazılarda balansın gözlənilməməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsi yazılarda digər etik pozuntulara da yol açıb.

Komissiya şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun ləkələnməsinə yönələn cəhdlərin yolverilməz olduğunu əsas götürərək bu kütləvi informasiya vasitəsinə həmin materialların saytdan çıxarılmasını, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun təqdim  olunmasını tövsiyə edib.

Komissiya şikayət məktubunda da bir sıra yolverilməz ifadələrin yer almasını məqbul hal saymayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Xeber.info” və “Arqument.az” saytları ilə bağlı müraciətinin müzakirəsi hər iki KİV-ə Mətbuat Şurasının xəbərdarlığının edilməsi ilə yekunlaşıb. Çıxarılan rəydə göstərilib ki, saytların bu il yanvarın 23-də yayımladığı eyni sərlövhəli və məzmunlu yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub.
Araşdırılma aparılmadan, balans gözlənilmədən təqdim olunan mətbu materialda qərəz, sifariş icrası aşkar nəzərə çarpdığından jurnalistikanın ali prinsipi sayılan həqiqətə xidmət arxa plana keçib.
Bunun nəticəsində yazıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına rəhbərlik edən şəxsin şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzunun ləkələnməsinə cəhdlər edilib.
Saytların baş redaktorları iclasda səslənən iradlarla razılaşıblar. Komissiya şikayət səbəb olan materialların bu KİV-lərdən çıxarılmasını tövsiyə edib. Eyni zamanda bütün bunlar əsas götürülərək “Xeber.info” və “Arqument.az” saytlarına Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı olunub.      
Komissiya Azərbaycan İnformasiya Agentliyi (“Aia.az” saytı) barədə də eyni ölçünü götürüb. Bu zaman nəzərə alınıb ki, saytın Abşeron Rayon Dövlət Arxivinə və onun rəhbərliyinə yanaşma tərzində, həmçinin təqdim etdiyi yazıda jurnalist imicinə xələl gətirən hallar mövcuddur. Belə hərəkət isə xəbərdarlıq üçün əsas verir.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə