Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eynulla Fətullayevin saytları bağlandı
Eynulla Fətullayevin saytları bağlandı
05 Fevral 2016 / 18:24 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4

Tanınmış jurnalist Eynulla Fətullayevin təsisçisi olduğu saytlar bağlanmaq təhlükəsilə üzləşib.

“Haqqın.az”, “virtualaz.org” və “azeridaily.com” saytlarının əməkdaşları ilə bağlanmış əmək müqavilələri ləğv edilib və onlara yeni iş yeri tapmaq tövsiyyə olunub. Məlumata görə, Eynulla Fətullayev bu gün kollektivə elan edib ki, fevral ayından etibarən maaş vermək iqtidarında deyil, ona görə də əmək müqavilələri pozulur.

Bu 3 saytın ümumi işçilərinin sayı 58 nəfər olub.

“Haqqın.az” saytının əməkdaşı Bəhram Batıyev əməkdaşımızın sorğusuna cavab olaraq artıq bu saytda işləmədiyini təsdiq edib. Lakin işdən çıxmasının səbəbi haqda danışmaq istəməyib: “Bu barədə Eynulla Fətullayevə müraciət edin”.

Əməkdaşımız E.Fətullayevin saytının daha bir neçə əməkdaşının yeni iş yeri axtardığını dəqiqləşdirə bilib. Bir mənbə də təsdiq edib ki, E.Fətullayevin saytlarında kütləvi işdənçıxarma maliyyə problemləri ilə bağlıdır.

Məsələ ilə bağlı E.Fətullayevin özü ilə danışmaq cəhdimiz baş tutmadı.

Xatırladaq ki, bir müddət əvvəl E.Fətullayev saytlarının rəhbərliyindən uzaqlaşdığını, ANS-də yeni layihə həyata keçirəcəyini bildirmişdi. Bəzi məlumatlara görə, onun hakimiyyətlə müəyyən problemləri yaranıb və bu səbəbdən maliyyə dəstəyini itirib. Belə görünür ki, E.Fətullayevin saytlarının bağlanması barədə qəti qərar verilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə