Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafada silahlı şəxslər fermaya basqın etdi – Polis isə araşdırma aparımır!
Ağstafada silahlı şəxslər fermaya basqın etdi –  Polis isə araşdırma aparımır!
08 Fevral 2016 / 14:06 / Baxış sayı: 1804
Font1 Font2 Font3 Font4

Maskalı şəxslər 40 baş iri buynuzlu heyvanı aparıb

Ağstafada fermaya silahlı basqın olub. Bu barədə zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib. Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib.

Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri buynuzlu heyvanı aparıblar.

Sahibkar bildirir ki, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər: “Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.

İ. Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı dərhal polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.

Sahibkar arxiv.bizimxeber.az-a açıqlamasında bildirir ki, ötən gün, çobanlar Gürcüstan telekanallarına açıqlama verib və hadisənin baş vermə təfərrüatlarını dəqiqliyi ilə anlatıblar. Gürcüstan polisi sahibkara oğruların axtarıldığı barədə məlumat verilib.

Lakin, sahibkar bildirir ki, Ağstafa rayon Polis Şöbəsinin heç bir araşdırma aparmır: “Ağstafa Poliş Şöbəsindən mənə bildirdilər ki, bu tip cinayətləri biz araşdıra bilmirik və bunu Dövlət Sərhəd Xidmətinin əməkdaşları araşdırmalıdır. Həmçinin telekanallara çıxıb hadisə barədə məlumat verməyimin də əlehindərilər. Nə araşdırırlar, nə də imkan vermirlər ki, telekanallara çıxım dərdimi aidiyyatı qurumlara bildirib. Mən bir sahibkaram. Dövlətdən subsidiya götürüb heyvan almışdım. Hamsı getdi…”.

Faktı araşdəırmaq üçün Ağstafa rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin növbətçi hissəsindən bildirdilər ki, onlar bu barədə heş bir məlumat verə bilməzlər. Ancaq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. DİN-nin sözcüsü Orxan Mansurzadə isə bildirdi ki, hadisə barədə xəbərsizdir.

İlkin
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə