Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Avropada “Freelance”  jurnalistlərin hüquqları” mövzusunda veb-seminar keçiriləcək
“Avropada “Freelance”  jurnalistlərin hüquqları” mövzusunda veb-seminar keçiriləcək
08 Fevral 2016 / 14:18 / Baxış sayı: 108
Font1 Font2 Font3 Font4

Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) müstəqil-araşdırmaçı jurnalistlər (“Freelance” ) üçün veb seminar keçirəcəklər. Seminarda  ekspet qismində Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi, freelance jurnalist, BJF ekspert qrupunun üzvü  Mike Holderness və Almaniya Jurnalistlər Birliyinin (DJV)  təmsilçiləri çıxış edəcəklər.

 Seminar müddətində  “Freelance”  jurnalistlərin hüquqları, onların fəaliyyətlərinin realizə edilməsi, rastlaşdıqları problemlər və çıxş yolları barədə əhəmiyyətli bilgilər veriləcək. Həmçinin, veb-seminara qoşulanların mövzu üzrə sualları cavablandırılacaq.

Seminarlar 10 fevral 2016-cı il tarixdə,Azərbaycan vaxtı ilə saat 17/00-da keçiriləcək. 

Veb-seminarların izlənilməsi və müzakirələrə qatılmaq prosedurunu Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) ayrı-ayrı ölkələr üzrə yerli üzv təşkilatları həyata keçirəcəklər. Azərbaycanda təşkilatçı qismində İFJ və EFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) çıxış edir. Veb-seminara qatılmaq istəyənlər üçün JuHİ ofisində şərait yaradılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə