Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisindən nazirə şikayət – Foto
Yol polisindən nazirə şikayət – Foto
08 Fevral 2016 / 14:21 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4

Masallı rayon sakinləri rayon polis idarəsinin yol polis bölməsinin çavuşu Vasif Ələsgərovla bağlı daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıblar. 

AzNews.az xəbər verir ki, şikayət məktubunda Vasif Ələsgərovun sürücülərdən xərac yığması, buna etiraz edildikdə maşınların cərimə meydançasına aparılması və onların təhqir olunmaları barədə iddia yer alıb. Bildirilir ki, bölmə çavuşu bu vəzifəyə rüşvətlə gəldiyini, buna görə də qorxusu olmadığını açıq şəkildə ifadə edir.
Məktubda qeyd olunub ki, Vasif Ələsgərov əvvəllər Nəqliyyat Departamentində işləyib və rüşvət aldığına görə bu qurumdan xaric edilib. İndi də bu özbaşınalığını davam etdirir, qanunları pozmaqla yanaşı polisə yaraşmaya həyat tərzi keçirir, hətta iş saatlarında da eyş-işrətlə məşğul olur.
Şikayətçilər məktubunda daxili işlər naziri Ramil Usubovdan bölmə çavuşunun işinin araşdırılması və müvafiq tədbir görülməsini xahiş ediblər.
Məsələ barədə əlavə məlumat verəcəyik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə