Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu, məmmədovları qəti narahat etmir”
“Bu, məmmədovları qəti narahat etmir”
08 Fevral 2016 / 15:57 / Baxış sayı: 1402
Font1 Font2 Font3 Font4

“Millət vəkili olmadığıma, namizədliyini irəli sürmədiyimə görə, heç də təəssüflənmirəm. Nəyə görə? Çünki mənim elmi layihələrim var və onlarla məşğulam. Düşünürəm ki, bu gün iqtisadi və maliyyə böhranı zamanında daha da inavatik düşüncələrə, yeni texnologiyaların tətbiqinə gedirik. Yeni texnologiyaların yaranmasına ehtiyac var, mənim də apardığım elmi tədqiqatlar bir başa iqtisadiyyatın inkişafı ilə bağlı olar və yenilik gətirən bir sahədir. Düşünürəm ki bu sahədə də vacib işlər görülməlidir”.

arxiv.bizimxeber.az xəbər verir ki, bunu aznews.az-a içıqlamasında keçmiş millət vəkili, nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədov deyib. Ziya Məmmədovun hökumət daxilində artıq arzu edilməz şəxsə çevrildiyini, yaxın günlərdə nazir postunu itirəcəyi ilə bağlı iddialara münasibət bildirən E. Məmmədov bu xəbərlərdən narahat olmadığını bildirib: “Mətbuat azaddır. Biz demokratik ölkədə yaşayırıq. Məmmədovlardan yazırlar, qoy yazsınlar, eybi yoxdur. Aydındır ki, bu yazıların çoxusu qərəzli və sifarişlə yazılan yazıladır. Mən həmişə demişəm, ola bilsin hardasa qərəzli mövqe var, ola bilsin insanlar istəyini başqa cür büruzə verə bilmirlər, mətbuatla gündəmə gətirirlər. Qoy gətirsinlər. Bu, məmmədovları qəti narahat etmir”.

Ziya Məmmədovun vəziyyətinin əla olduğunu bildirən keçmiş deputat onunla tez-tez görüşdüyünü qeyd edib: “Mətbuatın Ziya müəllimin üstünə gəlməkdə və ondan yazmaqda məqsəd ondan ibarətdir ki, həmişə çox işləyənin adı hallanar. Bu gün Azərbaycanın Şərqinə, Qərbinə, hansı tərəfinə getsəniz, ölkə rəhbərinin uğurlu siyasətində Ziya Məmmədovun adı var. Çünki yol nəqliyyat infrastrukturu ölkə rəhbərinin siyasətinin qətiyyəti və Ziya müəllimin fədakar əməyi nəticəsində ərsəyə gəlib. Bu mənada gərək, Ziya müəllimin adını yaxşı mənada çəksinlər, yəni əsassız və neqativ məlumatlara uymasınlar”.

“Amma sizin seçkilərə qatılmamağınız, bir çox vacib qurumların Ziya Məmmədovun nəzarətindən çıxması göstərdi ki, informasiyaların heç də hamısı əsassız deyil…” sualına isə E. Məmmədov belə cavab verib: “Ölkədir və onun rəhbəri var. Ölkə rəhbəri bir çox sahələrin təkmilləşməsində, vahid idarəetmə sisteminin müasirləşməsi istiqamətində daha çevik siyasət həyata keçirir.

O, Ziya Məmmədovun, yaxud da digər icra hakimiyyətinin başçısının istəyi ilə deyil. Dediyiniz məsələlərlə bağlı geniş danışmaq fikrim yoxdur. Amma bunu hamı görür ki, Ziya Məmmədov bu gün də Nəqliyyat Nazirliyi sisteminə nəzarət edir və nazirdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə