Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dubay şahzadəsi Haciqabuldakı evi aldı, pulunu vermədi
Dubay şahzadəsi Haciqabuldakı evi aldı, pulunu vermədi
08 Fevral 2016 / 18:24 / Baxış sayı: 1488
Font1 Font2 Font3 Font4

Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər vermişdik.

Yayılan xəbərlərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.

Virtualaz.org saytı AzVision.az-a istinadən xəbər verir ki, Hacıqabulun Qarasu kənd sakinlərinin verdiyi məlumata görə, ərəb şahzadə Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina edib. Sakinlərin sözlərinə görə, evin sahiblərindən olan Eldəniz Cavadov artıq dünyasını dəyişib.

“Ərəblər bura gələndə həmin evdə kirayə qalırdılar. Onlar 30 min manat verərək 3 aylıq həmin evləri kirayə götürmüşdülər. Sonaradan ərəb şahzadə qardaşlara məxsus iki evi almaq istədiyini bildirdi. Ev sahibləri razılığa əsasən onlar 500 min manat ödəməli idilər. Tərəflər anlaşandan sonra həmin evlər ərəblərə satıldı, ərəblər evin pulunun müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma söz verdikləri kimi evin pulunu vermədilər. Onlar Cavadov qardaşlarını aldatdılar”, – deyə sakinlər qeyd edib.



Dubay şahzadəsi Haciqabuldakı evi aldı, pulunu vermədi yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə