Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sankt Peterburqda polis azərbaycanlıların “Porsche”sini saxladı
Sankt Peterburqda polis azərbaycanlıların “Porsche”sini saxladı
09 Fevral 2016 / 11:32 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

Polisin əmrinə tabe olmayan lüks maşında silah sursat tapılıb. Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqda azərbaycanlılar saxlanılıb. Hadisə Krasnoselsk rayonunda qeydə alınıb. 

Polis yüksək sürətlə hərəkət edən bahalı maşını – “Porsche Cayenne”ni saxlayıb. Sürücü bu zaman piyadalara yol verməyib. Maşında 50 və 31 yaşlı Azərbaycan vətəndaşları, eləcə də 44 yaşlı peterburqlu bir kişi olub.

Məlumata görə, 31 yaşlı sürücü maşını saxlamaq istəyən polisə müqavimət göstərib, təhqir edib. Maşında aparılan axtarış zamanı onun nə üçün avtomobili saxlamaq istəməməsinin səbəbi bəlli olub. Belə ki, polis lüks maşında qeydiyyatsız silah və döyüş sursatı aşkar ediblər.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. “Maşında olan 3 nəfər ərazi polis idarəsinə gətirilib. Onların silah saxlamaq üçün razılıqları olmayıb”, deyə polis idarəsindən bildirilib. Maşında olan 3 nəfər əvvəl məhkumluq həyatı yaşayıb.

Adıçəkilən şəhərdə azərbaycanlı ilə bağlı sonuncu hadisə bir müddət öncə baş verib.

Sankt-Peterburqda Vasilyevski adası adlanana ərazisində azərbayacanlı kişi özünün rus arvadını oğurlayıb.
27 yaşlı Aleksandra kafelərdən birində 3 kişi tərəfindən oğurlanıb. Naməlum şəxslər onu zorla çalışdıqları kafedən çıxararaq “QAZ 32410” markalı maşına mindiriblər. Daha sonra naməlum istiqamətdə gediblər.

Qaçırılan qızın anası istintaqa açıqlamasında deyib ki, onlardan biri Aleksandranın azərbaycanlı olan 33 yaşlı həyat yoldaşı olub. Bundan iki həftə öncə o Valxove şəhərində 9 yaşlı övladlarını da qaçırmışdı. O, qızı ilə danışığında öyrənə bilib ki, kürəkəni 9 yaşlı oğlan nəvəsini Azərbaycana keçirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə