Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan İranla viza rejimini ləğv edir
Gürcüstan İranla viza rejimini ləğv edir
09 Fevral 2016 / 11:39 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Tehran və Tbilisi bütün sahələrdə münasibətləri yaxşılaşdırmalıdırlar. Bu barədə bazar ertəsi İran prezidenti Həsən Ruhani Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə telefon söhbəti zamanı bildirib. 

“İran və Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq iki xalqın maraqlarına müvafiq olaraq möhkəmləndirilməlidir”, – Ruhani vurğulayıb. İran prezidenti Tehran və Tbilisinin iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün böyük potensiala malik olduqlarını əlavə edərək, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin münasibətlərin inkişafına yardım edəcəyini qeyd edib.

Georgi Kvirikaşvili öz növbəsində, Gürcüstanın ikitərəfli münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu qeyd edib. Gürcüstanın baş naziri, həmçinin yaxın zamanda Tehrana səfər edəcəyini bildirərək, İran prezidentini də Tbilisiyə dəvət edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə