Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə ov edən ərəblər qəzaya düşdü: iki ölü, bir yaralı
İmişlidə ov edən ərəblər qəzaya düşdü: iki ölü, bir yaralı
09 Fevral 2016 / 12:48 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün ETSN-ə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Yeri gəlmişkən, İmişli rayon xəstəxanasının baş həkiminin müavini Fərahim Məlikov bildirib ki, yol qəzasına düşərək yaralanan Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabinin vəziyyəti kafi qiymətləndirilir. 26 yaşlı Qətər vətəndaşı yüngül xəsarətlər alıb, onun sol çiyni sıyrılıb, boynu əzilib. Xəstədə heç bir sınıq qeydə alınmayıb. O, bu gün xəstəxanadan çıxarılacaq.

** *
10:27

İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb.

APA-nın hadisə yerindən verdiyi məlumata görə, gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı,37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə