Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda tanınmış çay evində ƏMƏLİYYAT
Bakıda tanınmış çay evində ƏMƏLİYYAT
09 Fevral 2016 / 16:50 / Baxış sayı: 156
Font1 Font2 Font3 Font4

Polis “Samovar”da qumarxana aşkarladı 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş idarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki “Samovar” çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.

Baxış zamanı oradan poker oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi  aşkar olunaraq götürülüb.

Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə