Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaynar.info saytının bütün serveri dağıdılıb
Qaynar.info saytının bütün serveri dağıdılıb
09 Fevral 2016 / 16:51 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4

Qaynar.info saytına haker hücumları nəticəsində  bütün server məlumatlarının- script və arxivi silinib. 

Bu barədə Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət məlumat verib. Baş redaktorun sözlərinə görə, ola bilsin ki, bu, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının kiberhücuma məruz qalması ilə bağlı sayta verdiyi geniş açıqlama ilə bağlı olub.

“Bu gün səhər saatlarında başlanan hücum nəticəsində hakerlər ilk öncə saytın admin panelinə daxil olaraq, həmin yazını silməklə kifayətlənmişdilər. Belə ki, saytımızın Facebook səhifəsinə Məmməd Əliyev ( https://www.facebook.com/profile.php?id=100010124176715&fref=jewel) adlı user aldadıcı link göndərərək, onu tıklayan sayt adminin kompüterinə giriş əldə edərək, parolları ələ keçirdi.

Daha sonra Admin panelə giriş əldə edən haker yazını saytın arxivindən sildi. Eyni virus linki [email protected] elektron ünvanından da saytımızın elektron ünvanına göndərildi. Biz o yazını daha sonra bərpa etdik. Amma dərhal sonra hücumlar daha da intensivləşdi. Hakerlər saytın serverlerinə daxil olaraq, bütün məlumatları, o cümlədən saytın skriptini də sildilər. Bu isə o deməkdir ki, sayt hazırda yalnız quru domendən ibarətdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə