Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mübariz Mənsimovun tankerində FACİƏ: 1 ölü, 3 yaralı
Mübariz Mənsimovun tankerində FACİƏ: 1 ölü, 3 yaralı
09 Fevral 2016 / 16:58 / Baxış sayı: 180
Font1 Font2 Font3 Font4

Hadisə “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankerində baş verib

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb. Bu barədə virtualaz.org saytının yaydığı xəbərdə deyilir.

Xəbərə görə, daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib. Hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən  “Araz River” tankeri Vasto limanını  tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar.

Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə