Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daxili İşlər Nazirliyi 13 həkimi işə götürəcək
Daxili İşlər Nazirliyi 13 həkimi işə götürəcək
09 Fevral 2016 / 17:20 / Baxış sayı: 224
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan – 2 həkim-cərrah, 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 üz-çənə cərrahı, 1 həkim-dermatoveneroloq, 1 həkim-allerqoloq, 2 həkim-narkoloq, 1 həkim-terapevt və 1 psixoloq, ümumilikdə 13 vəzifə üzrə xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Virtualaz.org saytı Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil alaraq magistr (psixoloqlar üçün) pilləsini bitirmiş, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə