Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəran Təhsil Şöbəsində 120 min manatlıq yeyinti
Lənkəran Təhsil Şöbəsində 120 min manatlıq yeyinti
10 Fevral 2016 / 12:06 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4
 “Audit yoxlaması Lənkəran Təhsil şöbəsində külli miqdarda maliyyə yeyintisi aşkarladı”. arxiv.bizimxeber.az-ın Lənkəran müxbirinin verdiyi məlumata görə, aparılan audit yoxlaması zamanı təqribən 120 min manatdan atrıq maliyyə itkisi bəlli olub. Auditorlar təhsil şöbə müdirəsi Şahanə Əhmədovadan qısa zamanda pulun dövlət hesabına ödənilməsini tələb ediblər.
Məlumatda qeyd olunur ki, bu məbləği ödəyə bilməyən müdirə məktəb direktorlarından pulun toplanmasını tələb edib. Şəhər mərkəzində yerləşən məktəb direktorlarından 10 min manat, kənd məktəb direktorlaından isə təxminən 5 min manat civarında pul tələb olunub.
Lakin bir neçə məktəb direktoru Şahanə Əhmədovanın dediklərinə etiraz edərək bu qədər pulu ödəyə biıməyəcəklərini bildiriblər.
arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, hazırda dövlət büdcəsinə ödəniləcək 120 min manatdan artıq pulunu toplanmasına start verilib. Şahanə Əhmədovaya pulun ödəniləməsi üçün dəstək olan bəzi məktəb direktorları müəllimlərdən 50 manat pul yığımına start veriblər. Müəllimlərin əksəriyyəti isə bu pulu verməkdən imtina edir.
Pul verməkdən imtina edən məktəb direktorlarının fəaliyyəti ciddi yoxlanılır. Bir neçə məktəbdə aparılan yoxlama zamanı 15-18 min manat arasında itki ortaya çıxıb.
Daha dəqiq təfərrüatlar barədə əlavə məlumat verəcəyik…
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə