Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov: “Türkiyəyə Suriyaya müdaxilə etməyə imkan verməyəcəklər”
Lavrov: “Türkiyəyə Suriyaya müdaxilə etməyə imkan verməyəcəklər”
10 Fevral 2016 / 11:43 / Baxış sayı: 1482
Font1 Font2 Font3 Font4

Bunu “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Virtualaz.org saytı xəbər verir ki, müsahibədə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri ABŞ-ın Türkiyəyə Suriya ərazisinə tam həcmli müdaxilə etməyə imkan verməyəcəyini deyib.

Nazir qeyd edib ki, indiyə kimi söhbət Türkiyə tərəfindən Suriya ərazisində xırda əməliyyatlardan gedirdi. “Bu, hər halda tammiqyaslı müdaxilə deyil”, – Lavrov belə deyib.

Rusiya XİN başçısı sözlərinə belə davam edib: “Düşünmürəm ki, Türkiyənin də daxil olduğu və Amerikanın rəhbərlik etdiyi koalisiya bu cür düşüncəsiz planların həyata keçməsinə razılıq versin”.

Xatırladaq ki. Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq üçün bu ölkəyə quru qoşunlarının yeridilməsinə hazır olduqlarını bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə