Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevir teatrında dava düşdü – İLGİNC SƏBƏB
Mingəçevir teatrında dava düşdü – İLGİNC SƏBƏB
10 Fevral 2016 / 15:21 / Baxış sayı: 560
Font1 Font2 Font3 Font4

Mingəçevir Dövlət Dram Teatrındakı ilginc təyinatlar barədə məlumat vermişdik. Xəbərdə bildirilirdi ki, teatrın direktoru Səxavət Məmmədov bu teatr mövsümündə kitabxanaçı adı ilə iki nəfəri (adlarını bilsək də, hələlik yazmırıq-red.) işə götürüb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu teatrın nə kitabxanası, nə də kitabxanaçı ştatı yoxdur. Elə buna görə də hər iki xanım özlərinin xəbəri olmadan dram artisti ştatına işə götürülüb. Hazırda onların hərəsi 113 manat aylıq əməkhaqqı alır.

Ştatda dram artisti kimi göstərildikləri halda, onlar teatrın təsərrüfat anbarında otururlar. Belə ki, bir müddət əvvəl sözügedən anbar boşaldılaraq “kitabxanaçı”lara verilib. Yəni ştatda olan aktyor və aktrisalar qrim otağında, adı dram artisti kimi gedən xanımlar isə anbarda otururlar.

Ölkə.az sözügedən məsələ ilə bağlı yeni təfərrüatlar əldə edib. “Kitabxanaçı” xanımların yaxınlarından biri əməkdaşımıza deyib ki, məhz həmin yazıdan sonra teatrda dava düşüb:

“Xanımlar dedilər ki, bəs bizə deyirsən kitabxanaçıdır. Bizi niyə aldadırsan? Ən gülməlisi o idi ki, hamı teatrda kitabxana axtarırdı. Sözlə izah edilməyəcək mübahisə oldu”.

Məsələni diqqətdə saxlayacağıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə