Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

General əmr verdi: “Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın”
General əmr verdi: “Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın”
10 Fevral 2016 / 17:46 / Baxış sayı: 1428
Font1 Font2 Font3 Font4

Moskva polisinin rəisi, general Anatoli Yakunin polis bölmələrinin rəisləri ilə b gün fevralın 10-a keçirdiyi müşavirədə paytaxtda bir nəfər də olsun “vor zakon”un qalmamasına dair əmr verib.

Virtualaz.org xəbər verir ki, Yakunin polis rəislərinə 2016-cı il ərzində paytaxt “vor zakon”larının iqtisadi bazasını dağıtmağı tapşırıb. “Bu biabırçılığa son qoymaq lazımdır”-general bildirib.

Yakunin deyib ki, Rusiya paytaxtında özünü “vor zakon” adlandıran şəxslər hələ də var. Ötən il 10 nəfər “vor zakon” məsuliyyətə cəlb olunub. “Lakin məlumat var ki, 15-ə yaxın bu cür şəxslər hələ də vaxtaşırı olaraq Moskvada peyda olur”-general bildirib. “Bu adamlar özlərinin kriminal ideologiyasını yayır, onların nəzarəti altında mütəşəkkil cinayətkar qruplaşmalar var. Bu qruplaşmalar nəqliyyat vasitələrinin oğurlanmasında, narkobiznesdə, dələduzluqda və digər cinayət sferalarında fəaliyyət göstərir”-Moskva polisinin rəisi deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə