Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk vətəndaş Bakı aeroportunda 50 min dollarla saxlanıldı
Türk vətəndaş Bakı aeroportunda 50 min dollarla saxlanıldı
10 Fevral 2016 / 18:21 / Baxış sayı: 2074
Font1 Font2 Font3 Font4

Azərbaycandan külli miqdarda xarici valyutanı gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdlərin qarşısını alınıb.

Gömrük Komitəsindən lent.az-a verilən məlumatına görə, Bakı-Dubay aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan Respublikasının vətəndaşı Fikrət Bayramov gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib. Lakin vətəndaşın əl yükünə rentgen aparatı ilə baxış zamanı monitorda pul əskinaslarının təsviri görünüb.

F.Bayramovun əl yükünə təkrar baxış keçirilərkən və şəxsi yoxlama aparılarkən ona məxsus çantadan, eyni zamanda üzərindən cəmi 17500 ABŞ dolları aşkar edilib.

Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən və bəyannamə təqdim etməyən Türkiyə Respublikasının vətəndaşı Kalender Ali İhsana məxsus əl yükü də rentgen aparatıyla yoxlanılarkən monitorda pul əskinaslarının təsviri görünüb.

Təkrar baxış zamanı Kalender Ali İhsanın çamadanından 49000 ABŞ dolları, üzərində şəxsi yoxlama aparılarkən isə pul qabından 700 ABŞ dolları aşkar olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə