Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amil AVOĞLU – Kərpic kəsən Muses kirvə
Amil AVOĞLU – Kərpic kəsən Muses kirvə
10 Fevral 2016 / 19:06 / Baxış sayı: 442
Font1 Font2 Font3 Font4

Nuh.az Xəbər Portal Baş redaktordan

Bu mənzum  hekayə   sovet dönəmində qələmə alınıb. Azərbaycan – Ermənistan münaqişəsindən sonra şairin yeni kaitabı çapa hazırlanarkən bu mənzum  hekayə  də  kitaba daxil edilib. Lakin  bir istisna ilə. Bəzi  ədəbiyyat adamları  bu əsərin ideyasının  düzgün  anlaşılmayacığını nəzərə alaraq  müəyyən  korrektələr  edilməsini məsləhət  görmüşlər. Və müəllif   mənzum hekayədə köklü dəyişikliklər etməli olub.

Ancaq  bu günün gözü ilə baxdıqda  görmək olar ki, heç də  belə deyil. Burada  erməni millətinə məxsus sadə, zəhmətkeş bir insanın taleyi qələmə alınıb. Bu obraz müəllifin uydurması deyil,  real həyatdan götürülüb. Elə bir insan obrazı ki, onun nəzərində hamı ADAM idi. Çünki  özü  tamamilə  riyadan, xəbislikdən xəbərsiz  bir aləmin adamı idi.

Müəllif  məhz  bu aspektdən  çıxış edərək bəşəri  hiss və duyğuları  ön plana  keçirib. Və mənzum hekayənin  əsl variantını oxuculara təqdim etmək qərarına gəlib.

Son sözü oxucular deyəcək.

Kərpic kəsən Muses kirvə

(İlkin variantda )

Kimsə ondan soruşmazdı

Haralıydı,

Atasının adı nəydi.

Bircə onu bilirdik ki,

Erməniydi.

Doğmalıqda eyni idi

El-obada o hər evə.

Hamıyla salam kəsirdi

Kərpic kəsən Muses kirvə.

***

Palçıq yükü nə idi ki,

Ağır-yüngül söz yükünə

O dözmüşdü.

Onnan şahmat oyununda

Gidi dünya uduzmuşdu.

Güldürərdi onu daim

Taleyinə dəyən zərbə.

Deyərdilər nə xoşbəxtdi

Kərpic kəsən Muses kirvə.

***

Yığılmışdı yumaq kimi,

Kərpic boyda boyu vardı.

Sığınmışdı

O günlüklü kepkasının

Altınaca,

Öz yeri, öz göyü vardı.

Ayıbalasından hündür.

Tanımırdı başqa zirvə,

Kərpic kəsən Muses kirvə.

 

Böyüklərlə böyük idi,

Uşaqlarla uşaq idi,

Ev-ailə qayğısından

Uzaq idi.

İtirmişdi arzuları,

Ümidləri körpə-körpə,

Kərpic kəsən Muses kirvə.

***

Çox işlər, az qazanardı,

Qış gözlər, yaz qazanardı.

Bəzən elə muzd yerinə

Quru xoş söz qazanardı.

Əlində bir əl ağacı,

Çiynində bir köhnə heybə

Çəkilərdi hərdən qeybə

Kərpic kəsən Muses kirvə.

 

Təkcə özündən savayı

Hamıya kərpic kəsərdi.

Bir köçəri quş kimiydi,

Evsiz-eşiksiz gəzərdi.

Harda yatıb gecələrdi,

Nə yeyərdi, nə içərdi,

Bunu bilən az olardı.

Yenə kefi saz olardı.

 

Bircə gülüşündən başqa

Nəyi vardı içindəydi.

Dünya-aləm öz işində,

O isə öz işindəydi.

Əsrimizin ortasında

Bir kimsəsiz ada idi.

Yaxşı-yaman tanımırdı,

Hamı onun nəzərində

Adam idi.

 

Onnan ancaq

Aylar, illər bacarmışdı.

Yaş üstünə yaş gəldikcə

Saç ağarıb qocalmışdı.

Yoğurduğu qara palçıq

Saçını yox,

Əllərini qaraldardı.

Yorulmazdı yenə işdən,

Hər gün saman daşıyardı,

Hər gün kərpic qaldırardı.

 

Son gedişi necə oldu,

Bunu kimsə heç bilmədi.

Bir il keçdi,

Beş il keçdi,

O gəlmədi.

Tapılmadı onu görən,

Nə izini, nə tozunu

Nişan verən.

Bəs haradan,

Hansı yolla o gəlmişdi?

Ömür yolu harda bitdi?

O gedəndən

Daş özünə yer elədi,

Palçıq, saman, kərpic getdi.

 

Öldüsə bəs qəbri hanı,

Olardı bir ağlayanı.

Nə ölmüşdü,

Nə itmişdi,

Nə xəlvətdə üzərini

Qurd almışdı.

Qonşusunun kərpicini

Oğurlayan

Bir millətdən olsa da o,

Öz ömrünü kərpic-kərpic

Paylayaraq qurtarmışdı.

1986.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə