Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan tərəfdarı qəzetə bombalı hücum – VİDEO
Ərdoğan tərəfdarı qəzetə bombalı hücum – VİDEO
11 Fevral 2016 / 10:12 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

Naməlum şəxslər İstanbulda iki iqtidaryönümlü qəzet binasına hücum ediblər. Türkiyədə fəaliyyət göstərən “Yeni Şafak” qəzetinin binasına silahlı hücum olub. Naməlum şəxslər qəzetin binasına odlu silahlarla və “molotov kokteyli” ilə hücum edib. Hadisədən sonra qəzetin binasında yanğın başlasa da hücum zamanı xəsarət alan olmayıb. 

Hadisənin baş verməsindən sonra qəzetin İstanbul şəhəri Bayrampaşa rayonundakı binasında və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

1994-cü ildə nəşr həyatına başlayan qəzet iqtidaryönümlü mətbu orqandır. Ölkə prezidentiRəcəb Tayyib Ərdoğanın yaxın dostunun və ya qohumunun bu qəzetin ortaqlarından biri olduğu da iddia olunur.

Həmçinin bu gecə Türkiyədə fəaliyyət göstərən “Akit” media qrupuna aid bina da naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. ANS PRESS-in “yeniakit” saytına istinadən verdiyi məlumata görə, gecə saatlarında mətbuorqanın binasına “molotov kokteyli” atılıb. Hücum nəticəsində binada yanğın başlayıb. Hücumu törədən naməlum şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Hadisə yerinə dərhal yanğından mühafizə briqadaları cəlb olunaraq yanğının qarşısı alınıb. Hadisə yerinə baxış keçirən polis 3 ədəd tüfəng gülləsinin gilizini aşkarlayıb. Hər iki faktla bağlı araşdırmalar davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə