Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

39 yaşlı qadın boğularaq öldürüldü – BAKIDA
39 yaşlı qadın boğularaq öldürüldü – BAKIDA
11 Fevral 2016 / 10:41 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4
Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. 
Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. 

Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Hadisənin kimin və kimlər tərəfindən törədilməsi hələlik məlum deyil. Məlumata görə, hadisə baş verən mənzil öldürülən qadının tanışlarına kirayəyə verilibmiş. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə