Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jurnalistlərə açıqlama verən general-mayor özündən getdi – VİDEO
Jurnalistlərə açıqlama verən general-mayor özündən getdi – VİDEO
11 Fevral 2016 / 11:34 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4

Obamanın təyyarəsindən məsul şəxsin halı mətbuat konfransında pisləşib.

Dünyanın super gücü hesab edən ABŞ prezidenti Barak Obamanın təyyarəsinin kapitanə canlı yayaımda özündən gedib. ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin general mayoru Ceyms Martin açıqlama verərəkən qəfildən vəziyyəti pisləşib.

“F-35” qırıcılarına büdcədən ayrılan vəsait barədə jurnalistlərin sualları cavablandırılan zaman general mayorun başı kürsüyə doğru əyilməyə başlayıb. Ona ilk müdaxiləni yanındakı digər hərbçilər ediblər. Dərhal generala su verilib və başqa otağa keçirilib.  Bu zaman onlardan biri zarafat etməyi də unutmayıb: “Bu da “F-35″in nəyə qadir olduğu…”.

Daha sonra 52 yaşlı C.Martin dərhal xəstəxanaya çatdırılıb. Onun özündən getməsinin səbəbi barədə heç bir açıqlama verilməyib. Artıq vəziyyəti yaxşı olan general işinin başına geri dönüb.
Onun bir müddət önncə qrip olduğu, yenicə sağaldığı bəllidir.

Məlumat üçün qeyd edək ki, general mayor Obamanın “Air Force One” təyyarəsindən məsul şəxsdir.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə