Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanov Ziya Məmmədovla münasibətlərindən danışdı: “Bayramdan bayrama salamlaşırıq”
Cavid Qurbanov Ziya Məmmədovla münasibətlərindən danışdı: “Bayramdan bayrama salamlaşırıq”
11 Fevral 2016 / 12:03 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

“Gediş-gəlişimiz yoxdur

“Biz Ziya Məmmədovla 18 il birgə çalışmışıq. Ziya müəllim mənim həyatımda hansısa bir rol oynayıb. Amma bu gün məsləhət olunub ki, biz bir yerdə çalışmayaq”. Bu sözləri “Yeni Müsavat”a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, “Azəryolservis”in sabiq rəhbəri Cavid Qurbanov deyib. 

C.Qurbanov bildirib ki, indi Ziya Məmmədov bir nazirliyə rəhbər təyin olunub, o da bir qurumun rəhbəridir: “Bizim hər ikimizin bir məqsədi, amalı olmalıdır ki, ölkə başçısına, dövlətə xidmət edək”.

QSC rəhbərinin sözlərinə görə, Ziya Məmmədovla münasibəti digər nazirlərlə olduğu kimidir: “Mən onun xətrini hər zaman istəmişəm. Zamanında birgə çalışmışıq, indi ayrı-ayrı çalışırıq. Deyim ki, gedişimiz-gəlişimiz var, yoxdur. Bayramdan-bayrama salamlaşırıq. Amma bir-birimizə pisliyimiz yoxdur”.

C.Qurbanov “münasibətlərin əvvəlki kimi olmamasına kadr sahəsindəki struktur dəyişikliklər səbəb ola bilərmi? Bununla bağlı sizə hər hansı irad, inciklik bildirməyib ki?” sualına cavabında isə bildirib ki, ona Ziya Məmmədov şəxsən ona elə bir irad etməyib: “Bu qərar dövlət başçısının qərarıdır. Belə məsləhətdir, belə olub”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə