Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə son iki gündə 12 şəhid verdi
Türkiyə son iki gündə 12 şəhid verdi
11 Fevral 2016 / 12:37 / Baxış sayı: 502
Font1 Font2 Font3 Font4

Sərhəd bölgəsində döyüşlər davam edir. Fevralın 10-də Türkiyənin Diyarbəkir bölgəsinin Sur şəhərində PKK yaraqlıları ilə döyüşdə yaralanmış 3 əsgər bu gün şəhid olub.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, beləliklə də, son iki gün ərzində Türkiyə Silahlı Qüvvələrinin PKK yaraqlılarına qarşı apardığı əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularının sayı 12-yə çatıb.

Qeyd edək ki, Türkiyə ordusunun fevralın 1-də PKK yaraqlılarının qurduğu bombanın partlaması nəticəsində yaralanmış iki hərbçisi dünən dünyasını dəyişib. Cizrə bölgəsində gedən əməliyyatlar zamanı daha 2 əsgər şəhid olub. Şırnakın Uludərə bölgəsində isə işə gedən 3 məmurun olduğu avtomobil partladılıb, onlardan 2-si həlak olub, bir məmur yaralı halda xəstəxanaya yerləşdirilib.

Dünən gecə Şırnakda əsgərlərin daşındığı avtobusa qumbaraatandan açılan atəş nəticəsində daha 1 polis şəhid olub.

Yeni Şırnakın İdil məhəlləsində Suriyadan Türkiyəyə keçməyə çalışan 10-a yaxın PKK yaraqlısı ilə döyüşdə isə 1 əsgər şəhid olub, daha 3 nəfər yaralanıb. Türk ordusu dünən daha bir itkini Sur bölgəsində verib. PKK yaraqlıları ilə döyüşdə yaralanaraq hospitala aparılan dəniz xüsusi qüvvələrinin döyüşçüsü gecə saatlarında dünyasını dəyişib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə