Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb
SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb
11 Fevral 2016 / 13:54 / Baxış sayı: 796
Font1 Font2 Font3 Font4

Ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10, ”Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində olub.

SOCAR-dan “Report”a verilən məlumata görə, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər.

İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb. Görüşdə bildirilib ki, itkin düşən neftçilərin axtarış işləri davam edən müddətdə onların ailə üzvləri ilə mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə