Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

63 yaşlı icra başçısı Rafil Hüseynov hakimiyyəti bitir
63 yaşlı icra başçısı Rafil Hüseynov hakimiyyəti bitir
12 Fevral 2016 / 9:43 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4

Bu ilin mart ayında ölkədə növbəti kadr dəyişikliyi dalğasının olacağı barədə artıq müəyyən məlumatlar gəlməkdədir. Dövlət büdcəsindən ayrılan vəsaitin lazımsız istiqamətdə xərclənməsi, sahibkar və vətəndaşlarla qeyri etik davranış, nəzarətlərində olan rayona, təbii sərvətlərə, dövlət əmlakına laqeyd münasibət və sairə kimi hallar bir neçə icra başçısına olduqca baha başa gələcək.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, əvvəlki illərdə baş verən icra başçılarının yerdəyişmə qaydaları artıq aradan qaldırılıb. Bu rayondan çıxarılaraq diğər bir rayona icra başçısı göndəriləcəklərinə arxayın olan əksər icra başçılarının bu arzusu bu dəfə urəklərində qalacaq. Ölkə prezidentinin sonuncu müşavirədə dediyi kimi- “Heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil…” Bu cümlələr məımurlara son mesaj idi…

Odur ki, vəsifəsindən sui-istifadə edən icra başçılarının siyahısı bəllidir və yaxın zamanda maraqlı kadr dəyişikliyinin şahidi olacağıq.

arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, illərdir Masallı rayonuna rəhbərlik edən, bu rayonda özünə böyük imkan və imtiyazlar əldə edən Rafil Hüseynovun adı vəzifəsini itirəcək icra başçıları siyahısındadır.

Əslində yaşı 60-ı ötən bir neçə icra başçısı var ki, onları indi bir məqam düşündürür – Necə edək ki, təqaüdə icra başçısı postundan çıxaq. Dəqiq hesablamalar aparırlar ki, nəyi necə etsək qalib olarıq. Amma, bunu onlar düşünür…

Məsələn, 63 yaşlı icra başçısı Rafil Hüseynov yəqin düşünür ki, Masallıdakı 5 illik fəaliyyəti 2017-ci ildə tamam olur və buna hələ 1 il qalıb. Buna görə, onu vəzifədən heç kim uzaqlaşdırmaz. Amma rayondan gedən şikayətlər, aparılan audit yoxlamalarının bıabırçı nəticələri, 7 milyon manatlıq rayon yollarının bərbad vəziyyətə düşməsi və diğər faktorlar Rafil Hüseynovun vəziyyətini pisləşdirir.

P.S

Rayonda fəaliyyət göstərən sahibkarlar Rafil Hüseynova yaxın olan diğər “sahibkar”lar (Rafil Hüseynovun biznesinə nəzarət edən şəxslər) tərəfindən sıxışdırılır, onların fəaliyyəti lazımsız yerə, qiymət artımına nəzarət adı altında icra başçısının göstərişi ilə tez tez yoxlanılır, cərimələnir. Həmçinin icra başçısının nəzarətində olan biznes məkanlarında heç bir yoxlama aparılmasına icazə verilmir, yoxlama-nəzarət qrupu bu marketlər tərəfə baxmağa belə qorxur.

Bütün bunlar sahibkarların prezident İlham Əliyevə ünvanlayacaq müraciətində öz əksini tapacaq. Həmin müraciəti oxuculara tam şəkildə təqdim edəcəyik…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə