Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Administrasiyası ən çox şikayət edilən tikinti şirkətlərinin adını açıqladı – SİYAHI
Prezident Administrasiyası ən çox şikayət edilən tikinti şirkətlərinin adını açıqladı – SİYAHI
12 Fevral 2016 / 10:59 / Baxış sayı: 2088
Font1 Font2 Font3 Font4

2015-ci ildə vətəndaşlar tərəfindən Prezident Administrasiyasına ünvanlanan şikayətlərdə tikinti şirkətləri xüsusi yer tutub. Prezident Administrasiyası-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd edib ki, şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə, verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir.

Bu mövzuda kollektiv şikayətlər daha çox olub. Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb. Vətəndaşlar “Yeni Yasamal”, “Badu-Kubə”, “Şərur”, “Əzizbəy-KM”, “Xəmsə”, “Birlik”, “AAF-İnşaat”, “İN Eksklüziv Servis”, “Safari-N”, “ANT-E”, “Meqa Siti Holdinq”, “Ulduz-S”, “İlin dörd fəsli”, “Fuad”, “Feba”, “Bərəkət-İnşaat”, “Araz T.İ.”, “Dərəçiçək”, “Turac AF”, “Olimp”, “Zirvə”, “Olimpus-Az”, “Cavad”, “Bulaq-2”, “Rahatlığın Məkanı”, “İ.N.V.”, “Folklor”, “Rahat”, “RT LTD”, “Azər ATF”, “Avanqard” kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildiriblər. Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən “Həsən-96”, “Azər-Ross İK”, “Sahil-D”, “Şaiq”, “Ələsgəroğlu-K”, “Şahbulaq”, “Afşaran”, “Oskar”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Vedi-E”, “Kamran-B.Ə.”, “Qafqaz MTZ”, “Real”, “Sahil”, “RUH”, “196 saylı”, “200 saylı”, “Ayla”, “Hasil”, “Dağlar”, “RRR” MTK-lar, “Oskar-Qrup”, “Muray”, “Repair House” MMC-lər, “Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılmaqdadır.

Şirkətlərin bəziləri sayğacların quraşdırılması üçün sakinlərdən pul yığaraq mənimsəyiblər. Halbuki “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Nazirlər Kabinetinin qərarına görə, 2004-cü il sentyabrın 1-dən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə (o cümlədən yaşayış evlərində hər bir mənzildə) mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və bu qərar icra olunmalıdır.

Əsas problemlərin biri də çoxmənzilli yaşayış binalarının icazə alınmadan məskunlaşdırılaraq istismar olunmasıdır. Belə ki tikintisi tam başa çatmış obyektlərin istismarına icazənin verilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin 2014-cü il 12 sentyabr tarixli qərarlarına uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olduğu halda, yerlərdə bu qaydaya da lazımi səviyyədə əməl olunmur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə