Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR Türkiyənin rəhbəri soyuldu
SOCAR Türkiyənin rəhbəri soyuldu
12 Fevral 2016 / 11:10 / Baxış sayı: 1544
Font1 Font2 Font3 Font4

Kredit kartından edilən 150 minlik oğurluq Kənan Yavuz alış-veriş edərkən ortaya çıxıb.

“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Petkim İdarə heyətinin üzvü Kənan Yavuz bir alış-veriş mərkəzində kredit kartında problem yaşadığı üçün banka müraciət edib.

Bankdan eşitdiyi cavab qarşısında isə şoka düşüb. Belə ki, çmüştəri xidmətindən ona “kredit kartınız itdiyi üçün onu ləğv etdirmişdiniz. Yeni kartı ünvanınıza göndərmişik”, deyə cavab veriblər. Bu açıqlamadan sonra o heç bir müraciət etmədiyini deyib və kartı ləğv etdirib. Aparılan yoxlama zamanı iş adamının yeni kartından 150 min lirə (təqribən 80 min manat) pul çıxarıldığı bəlli olub.
Dələduzlar K.Yavuzun məlumatları ilə banka zəng edərək özlərini iş adamı kimi tanıdıblar. Bu yolla da itirilən kredit kartının yerilənməsinə nail olublar. Onlar yeni kartı limiti yüksəkdilmiş çəkildə sifariş ediblər.

Kənan Yavuz – “SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru

Aparılan araşdırmalar zamanı kredit kartının göndərildiyi ünvan və onu təhvil alan şəxs müəyyən edilib. Adı açıqlanmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir. Bu işdə əli olduğu iddia edilən daha iki nəfər müəyyən edilib. İndi polis onların axtarışına başlayıb.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə