Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

General qohumunun yayılan fotoları ilə bağlı maraqlı məqamlar (FOTO)
General qohumunun yayılan fotoları ilə bağlı maraqlı məqamlar (FOTO)
12 Fevral 2016 / 11:31 / Baxış sayı: 1628
Font1 Font2 Font3 Font4

Məsələ ilə bağlı rəsmi münasibət açıqlanmır. Ötən gün bəzi kütləvi informasiya vasitələrində bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda general qohumunun təmizlik işləri apardığı görünür.

Fotoların yayılmasında bir sıra sual doğuran məqamlar var. Maraqlıdır ki, İsa Əzizov hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanılır və həmin təcridxanalarda çəkilişə icazə verilmir. Belə olan təqdirdə fotoların hansı şəraitdə, kim və ya kimlər tərəfindən çəkildiyi, hansı şəraitdə mətbuata ötürüldüyü maraq doğurur.

Bütün bu sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Nazirliyin mətbuat xidmətindən isə bu barədə heç bir mövqe bildirilmədi.

İsa Əzizovun təcridxanadan yayılan fotosu

Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-in keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.

İ.Əzizov

Başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov deyib ki, gecə saatlarında “Bentley” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil olub.”Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək. “Bentley”dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başlayıb. Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlədirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram”.

Döyülən şəxs

Saxlanılanlardan İ. Əzizov Azərbaycanda generallardan və millət vəkili Adil Əliyevin qohumudur. Adil Əliyev baş verən hadisəyə belə münasibət bildirib.

“Dostlar, cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir”.

Hadisədən bir gün sonra isə İsa Əzizov və əmisi oğlu Orxan Əzizovun Meksikaya qaçması ilə bağlı məlumatlar yayılmışdı.Orxan Əzizov ANS PRESS-ə açıqlamasında İsanın təcridxanada olduğunu, onun İsa ilə birgə xaricə qaçması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Orxan Əzizovun paylaşdığı qalmaqallı foto

Hadisədən sonra Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti versələr də şikayət qəbul edilməyib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə