Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

122 məmur işdən çıxarıldı – AZƏRBAYCANDA
122 məmur işdən çıxarıldı – AZƏRBAYCANDA
12 Fevral 2016 / 11:41 / Baxış sayı: 1786
Font1 Font2 Font3 Font4

Onlar süründürməçiliyə, səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıblar. Azərbaycanda nöqsanlara yol verən 122 nəfər nazirlik və komitə işçisi vəzifədən azad olunub. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov öz məqaləsində deyib. 

O qeyd edib ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülüb.

O cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb.

PA rəsmisi – Süleyman İsmayılov

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb.

Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunub və digər tədbirlər görülüb.

“Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Goranboy,Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə