Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadan 3-cü dünya müharibəsi ANONSU
Rusiyadan 3-cü dünya müharibəsi ANONSU
12 Fevral 2016 / 11:48 / Baxış sayı: 1572
Font1 Font2 Font3 Font4

“Regiondakı durum burada aparılacaq müharibənin tez bir zamanda nəticə verəcəyini qeyri-mümkün edir”

Rusiyanın baş naziri Dmitri Medvedev Suriyada aparılan hərbi əməliyyatların quruya keçməsini “3-cü dünya müharibəsinin başlayacağı” kimi qiymətləndirib.

Putindən sonra Rusiyanın “ikinci adam”ı olan Medvedev Suriyada qurudan başladılacaq hərbi əməliyyatların dünya miqyasında fəlakətlərə gətirib çıxaracağını və Rusiya ilə birgə ABŞ və Türkiyənin bu ssenarini qabaqlamalı olduğunu deyib.

Almaniyanın Münhen şəhərindəki 52-ci Təhlükəsizlik Konfransı öncəsi açıqlamalar verən Medvedev əlavə edib: “Səudiyyə Ərəbistanı Suriyaya qurudan girəcəyi təqdirdə bölgədəki başqa ölkələr də avtomatik olaraq münaqişəyə cəlb olunacaq. Bu səbəbdən həm ABŞ, həm də Səudiyyə Ərəbistanı onlarla il davam edəcək və hətta bütün dünyanı içinə çəkəcək yeni dünya müharibəsini istəyirmi? Bildiyimiz kimi xüsusi ilə ərəb dünyasında belə bir savaş bir dəfə başlasa, hamı bir-biri ilə müharibə aparmağa başlayar”.

Medvedev çıxışında Rusiya və ABŞ-ın tərəfləri sülhə cəlb etmək üçün təzyiq göstərməli olduğunu, Türkiyənin də stabilləşdirici mövqe tutmalı olduğunu xüsusi ilə qeyd edib. O, əlavə edib ki, regiondakı hazırkı durum burada aparılacaq hər hansı müharibənin tez bir zamanda nəticə verəcəyini qeyri-mümkün edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə