Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva Azərbaycanı itirir – Qərbin şantajı və seçim anı (Araşdırma)
Moskva Azərbaycanı itirir – Qərbin şantajı və seçim anı (Araşdırma)
12 Fevral 2016 / 12:25 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4

Rusiyanın “Qazeta.ru” saytında Azərbaycanla bağlı məqalə yerləşdirilib.

AzNews.az xəbər verir ki, “Moskva Azərbaycanı itirir” başlıqlı məqalədə Türkiyə ilə Rusiyanın münasibətlərinin son zamanlar pisləşməsi xatırladılıb və Azərbaycanın iki dövlət arasında seçim etməli olduğu qeyd olunub.

Xüsusilə də Suriya münaqişəsinin həllində Qərblə fərqli yanaşmaya sahib olan rəsmi Moskvanı Azərbaycanın burada getdikcə daha nəzərə çarpan rol oynaması maraqlandırır. Odur ki, məqalədə bu münaqişənin həlli istiqamətində Azərbaycanın rəsmi Moskva və Ankara arasında seçiminin necə olacağı araşdırılıb.

Məqalədə xatırladılır ki, Azərbaycan Suriya barədə xəbər axınında demək olar ki, rol oynamadı. Bununla yanaşı, rəsmi Ər-Riyad Azərbaycana “İslam dövləti”nə qarşı koalisiyasına qoşulmağı təklif etdi. Bir müddət öncə isə Azərbaycan prezidenti İlham Əliyev Londona gedərək “Suriya və regiona dəstək” konfransında iştirak etdi.

Məqalədə fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutacaq səfəri də şərh edilib: “Bu səfərin yalnız ikitərəfli münasibətlərlə bağlı olması və ya oyunçuların Suriya konfliktində qlobal maraqları, eyni zamanda rəsmi Ankara və Moskva arasındakı ziddiyyətlərlə əlaqəsi ekspertləri düşündürməyə başlayıb. Bu və ya digər şəkildə, Azərbaycanın Suriya konfliktinə qoşulması bir sual üzərində düşünməyə vadar edir – Rusiya Azərbaycanı itirirmi?”

Qarışmamaq məntiqi

Məqalədə göstərilir ki, rəsmi Bakı Suriyada baş verən konflikti daima diqqətlə izləyib. Artan terror təhlükələrinə, hətta İŞİD-ə belə baxmayaraq Azərbaycan hər hansı antiteror koalisiyasına qoşulmayıb: nə Qərbin, nə Rusiyanın, nə də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya.

Qarışmamaq prinsipinin məntiqi isə tamamilə başa düşüləndir. Birincisi, artan sosial-iqtisadi böhran və həll olunmamış Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycanın bir də Yaxın Şərq konfliktinə qoşulması həm ölkənin iqtisadiyyatına və sosial iqlimə mənfi təsir göstərə bilərdi, həm də Dağlıq Qarabağ məsələsinə dair ahəngi poza bilərdi.

İkincisi, Rusiya-Türkiyə arasında gərginliyin artdığı bir vaxtda Azərbaycan üçün hərhansı bir seçim etmək çox çətin idi. Çünki Səudiyyə Ərəbistanı tərəfindən yaradılan koalisiyaya (bu koalisiyaya artıq Türkiyə də qoşulub) qoşulmaqla Azərbaycan şimal qonşusu ilə münasibətləri korlaya bilərdi. Eynilə həmin prinsip əks istiqamətdə də işləyirdi: Rusiya ilə bir sıra məsələlərə dair əməkdaşlıq edən Azərbaycan rəsmi Moskva və Tehran koalisiyasına razılaşmaqla təkcə Türkiyə ilə münasibətlərə ciddi zərbə vurmaz, həm də Qərbdə bir sıra artıq sualların yaranmasına səbəb olardı.

Məqalədə qeyd olunur ki, son dövlərə qədər Azərbaycan bu iki ocaq arasında uğurla balanslaşdırma qura bilmişdi. Lakin, son baş verən hadisələr Azərbaycanın artıq bir seçim etməli olduğunu göstərir.

Seçim etmək lazımdır

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Londona səfər edərək “Suriya və regioan dəstək” konfransında iştirak etdi.

İ.Əliyev konfransa BMT baş katibi Pan Gi Mun, Böyük Britaniya Baş naziri Devid Kameron, Almaniya federal kansleri Angela Merkel və bir sıra digər nüfuzlu Avropa siyasətçiləri tərəfindən dəvət olunmuşdu. Belə bir sual meydana gəlir: nə üçün Azərbaycanın mövqeyi birdən-birə BMT və Avropa İttifaqı ölkələrini maraqlandırmağa başladı? Axı Azərbaycanı bundan öncə də bu məsələlərə qoşmaq olardı, lakin Cənubi Qafqaz ölkəsi həmişə geri planda qalırdı.

Məqalədə iddia olunur ki, Azərbaycan həm də Cenevrədə danışıqların pozulması və bunun Suriya ətrafında mümkün eskalasiyası barədə müakirə aparmaq üçün dəvət edilib.

Səudiyyə Ərəbistanı və Türkiyə Suriyaya quru qoşunları yeritməyə hazırlaşır. Bu, Pentaqonda müsbət rəy alıb. Rusiya isə bu qərarı mənfi olaraq dəyərləndirir.

Lakin əgər bu plan həyata keçirilsə, Rusiya artıq hardasa Yaxış Şərqdə lokal müharibəylə qurtula bilməyəcək. Bu zaman Rusiya Cənubi Qafqaz ölkələrinin və Xəzəryanı regionun da daxil ediləcəyi böyük müharibə ilə üzləşəcək. Dünya müharibəsinin ənənələrinə əsasən, oyunçular müxtəlif koalisiyalara bölünəcək və qan bu dəfə daha çox olacaq.

Məqalədə iddia edilir ki, Azərbaycan prezidentinin də konfransa dəvət olunmasında məqsəd Azərbaycanın hansı koalisiyaya qoşulacağı sualını müzakirə etmək olub.
Yazılır ki, rəsmi Bakının seçimi elə də çox deyil. Bir tərəfdən mümkün seçim Rusiya və İran, digər tərəfdən isə köhnə tərəfdaş Türkiyə və Qərb dünyasıdır.

Məqalədə Azərbaycanı öz kamandasına daxil etmək Avropa İttifaqına niyə lazımdır sualına da toxunulub. Burada qeyd olunur ki, Azərbaycan həm Avropa bazarına qaz idxal edən ölkə, həm də Avropa İttifaqının Türkiyə ilə birlikdə nəzərdə keçirdiyi, Türkiyənin yaxın müttəfiqidir. Və əgər rəsmi Ankara Suriyada böyük hərbi fəaliyyətə hazırlaşırsa, Azərbaycan bu məsələdə kənarda qala bilməyəcək.


MDB ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin hesab edir ki, rəsmi Bakı sona qədər hər hansı koalisiyaya qoşulmaqdan imtina edəcək. V. Jirixin bu fikrini prezident İlham Əliyevin uzaqgörən siyasətçi olması ilə əsaslandırıb: “İlham Əliyev atasının layiqli oğludur. O, balanslaşdırma aparmağı və öz siyasətini yeritməyi bacarır. Əlbəttə, vəziyyət çox tez dəyişir. Sözsüz ki, vəziyyət çox qəlizdir. Lakin, Əliyev mümkün olan qədər bütün koalisiyalardan uzaq qalacaq. Unutmaq lazım deyil ki, Rusiyada ,demək olar ki, Azərbaycandakı qədər azərbaycanlı yaşayır. Bu, qəfil addım atmamaq üçün çox ciddi faktordur”.

Qərb tərəfindən şantaj

Məqalədə qeyd olunur ki, heç də bütün postsovet ölkələri Rusiyanın tərəfini tutmayacaq. Azərbaycan da bu qrup ölkələr daxil ola bilər. Bəzi ekspertlər hesab edir ki, İ.Əliyevin Londona səfər barədə dəvəti qəbul etməsi artıq onun mövqeyindən xəbər verir.


Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov prezident İlham Əliyevin sözügedən konfransda iştirakının hər hansı bir tərəfi seçməklə əlaqəli olmadığını qeyd edib: “Prezident İ.Əliyevin Londona səfəri Suriya məsələsində bu və ya digər tərəfi seçməsi anlamına gəlmir. Sadəcə o, hazırkı dünya siyasətini izləməlidir. Buna görə də, bu dəvəti qəbul edib. Suriyada vəziyyət çox çətindir. Burada müxtəlif maraqlar var. Suriya bizdən elə də uzaq deyil, odur ki ,əlbəttə, Azərbaycanın da bu ölkədə marağı var. Biz həmin ölkədə İŞİD və digər terror qruplaşmalarının olmamasının, burada sülh olmasının tərəfdarıyıq”.

Məqalədə göstərilir ki, son zamanlar Bakıda Rusiyaya qarşı bir sıra strateji suallar formalaşıb: həm Dağlıq Qarabağ problemi ətrafında, həm də rəsmi Moskvanın Gürcüstan və Ermənistandan keçməklə İrana qaz kəmərləri çəkmək istəyi barədə. Görünən odur ki, Azərbaycanda çətin zamanda Rusiyaya arxalanmamaq barədə fikir yaranır.


Strateji inkişafın modelləşdirilməsi mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk hesab edir ki, Qərb Dağlıq Qarabağı müstəqil dövlət kimi nəzərdən keçirir: “Qondarma Qarabağ rəhbərliyi rəsmi Londonla fəal əlaqələr qurur, burada başqa bir xətlə qarşılıqlı fəaliyyət formalaşır. Mən hesab edirəm ki, Qarabağ 100 faiz olmasa da, 80 faiz Qərb tərəfindən müstəqil ərazi kimi nəzərdən keçirilir. Bilmirəm məsələ suverenliyə qədər çatacaq, ya yox. İstənilən halda Qərb Qarabağ ərazisini bütün Qafqazda və Xəzərdə vəziyyəti nəzarətdə saxlamaq üçün meydan kimi nəzərdən keçirir.

Fikrət Yusifovun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsini 3 gündə də həll edə bilər, lakin bu məsələdə heç bir fəallıq göstərmir: “Dağlıq Qarabağdakı vəziyyət daima günün manşetində dayanır və burada da dayanmağa davam edəcək. Biz bu məsələdə Rusiya hakimiyyətinə güvənirik. Rusiya sözügedən münaqişəni 3 gündə həll edə bilər. Lakin mən bu istiqamətdə xüsusi fəallıq görmürəm”.

Məqalədə, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağda münaqişənin həll olunmasına dair məsələnin nəzərdən keçirilməsi, lakin qətnamənin qəbul edilməməsi xatırladılıb. Fikrət Yusifovun sözlərinə görə, AŞ PA tərəfindən bu qətnamənin qəbul edilməməsi Azərbaycan hakimiyyətini ciddi narahat edir.
Odur ki məqalədə Dağlıq Qarabağın Qərb tərəfindən şantaj üçün tam bir faktor ola biləcəyi iddia olunur.

Trofimçukun sözlərinə görə, Azərbaycana səfər zamanı koalisiyaya qoşulmaq təklif edilibsə, rəsmi Bakının bundan sonrakı fəaliyyəti izləniləcək. Əgər Azərbaycan təkliflər paketini qəbul etməsə, nəticələr ağır ola bilər.

Ekspert hesab edir ki, bu təhlükə ekstremist qruplaşmasının Azərbaycana göndərilməsi şəklində ola bilər. Belə ki, Azərbaycan ekstremistlər tərəfindən cəsarətli dünyəvi dövlət kimi nəzərdən keçirilir. Bu dövlətə hər hansı basqın isə onların tam marağındadır. Vəziyyət bu həddə çatarsa, Qərb terror potensialı hesabına Azərbaycanda və Qarabağda islahat məsələlərini həll edəcək.

Moskva üçün məyusedici proqnoz

Məqalədə qeyd olunur ki, rəsmi Bakı Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı Rusiya və İranla əməkdaşlıqdan üstün tutur. Düzdür, bəzi ekspertlər hesab edir ki, Əsədə dair məsələdə Azərbaycanın mövqeyi Rusiya və İranın mövqeyilə üst-üstə düşür. Lakin, əməkdaşlıq etmək və mövqeyini siyasi cəhətdən rəsmiləşdirmək tamamilə ayrı məsələlərdir.

Məqalədə göstərilir ki, Azərbaycanın seçimi üçün növbəti amil Türkiyə prezidentinin fevralın 18-də ölkəyə edilən səfəri olacaq. Bu səfər zamanı London danışıqlarına yekun vurulacağı gözlənilir. Bundan daha önəmlisi isə, Azərbaycan xammalının və bütünlükdə ölkənin Rusiyadan ayrılması prosesinin rəsmiləşdirilməsi üçün ilk cəhd ediləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə