Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AST Telman”ın qardaşının obyektlərini sökdülər
“AST Telman”ın qardaşının obyektlərini sökdülər
14 Fevral 2016 / 17:15 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4

Moskvada “Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub.

Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postnunda olarkən tikilib.

Moskva ticarət  və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı idilər. “Demək olar ki, hər bir tikiliyə  dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur. ”

Fazil İsmayılov Azərbaycanlı müflis olmuş milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdən bu məlumat təqzib olunur – red.). O 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Fevralın 9-na keçən gecə Moskvada şəhərə rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlərən dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir. “Dələduzluq yolu ilə əldə edilən mülkü rəsmi sənədlər altında qizlətmək olmaz. Moskvanı moskvalılara qaytaraq! Onun parkları, bağları və küçələrini. Açıq, gözəl və sevilənləri” – deyə mer bildirib.

İndiyədək 50-dən çox obyekti yerlə bir edən Moskva bələdiyyəsi 1 mart tarixinədək 104 qanunsuz tikilini sökmək niyyətindədir. 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə