Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının müavini vəzifəsini 170 min dollara satmaq istədilər
İcra başçısının müavini vəzifəsini 170 min dollara satmaq istədilər
14 Fevral 2016 / 17:19 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4

Azərbaycanda böyük səs-küy yaradacaq məhkəmə prosesi başlayır. Modern.az xəbər verir ki, bu barədə tanınmış vəkil Adəm Məmmədov məlumat yayıb. Vəkil bildirib ki, ölkədə icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb ondan 170 min dollar alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi aldadaraq icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub.

Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”, – deyə vəkil Adəm Məmmədov qeyd edib.

Lakin Adəm Məmmədov konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə