Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanovun dəmiryolçularının sərgüzəştləri – ARAŞDIRMA
Cavid Qurbanovun dəmiryolçularının sərgüzəştləri – ARAŞDIRMA
14 Fevral 2016 / 17:21 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

«Azərbaycan Dəmir Yolları» QSC-də baş alıb gedən korrupsiya və özbaşınalıqlar tranzit yüklərin Azərbaycandan kənar keçməsinə səbəb olur.

Məmurların, nazirlərin mətbuata elə də açıq olmaması Azərbaycan mətbuatının bəlkə də ən mühüm problemləri sırasındadır. Çünki sahələrin birinci şəxslərinə çıxa bilməmək bəzən materialların ehtimallar üzərində hazırlanmasına, «etibarlı mənbə»lərin artmasına səbəb olur.
Amma Cavid Qurbanov nazir olmasa da, son aylarda Azərbaycan mətbuatına ən çox açıqlama verən səlahiyyətlilərdəndir. Fikir vermisinizsə, «Azəryolservis» ASC-nin rəhbərliyindən «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri vəzifəsinə təyin olunandan sonra o, mətbuata daha tez-tez müsahibələr verir, hətta bir çox hallarda onun sahəsinə bilavasitə aidiyyatı olmayan məsələlərdən danışır. Bəs görəsən bu «açıqlığın» arxasında hansı səbəblər dayanır? Bu barədə bir qədər sonra…
Birincisi, Qurbanov hazırda deputatı olduğu 123 saylı Kəlbəcər Seçki Dairəsinin seçiciləri ilə geridə qalan beş il ərzində keçirdiyi görüşlərin sayını, həll etdiyi problemlərin adlarını açıqlasa, bu, daha böyük maraq doğurardı. Çünki nəinki seçicilər, hətta maliyyələşdirdiyi mətbu orqanlar istisna olmaqla, jurnalistlər də deputat Qurbanova çıxmaqda hər zaman əziyyət çəkiblər.
Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları» QSC-yə rəhbər təyin olunmasından narazı olması artıq heç kimə sirr deyil. Elə mətbuatda da bu barədə müxtəlif yazılar, aparılan təhlillər göstərir ki, o, məhz nazir olmaq istəyirmiş. Elə axır vaxtlar etdiyi çıxışlar, mətbuat səhifələrində daha tez-tez görünmək də məhz bu istəkdən irəli gəlir. Adi bir fakt. Bir müddət öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirdi. Həmin iclasdan sonra Cavid Qurbanovdan savayı mətbuata açıqlama verən nazir, məmur olmayıb.
Sitat: «Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı vahid tarif sisteminə toxunub. Cənab prezident bildirib ki, sahibkarlara şərait yaradılmalıdır ki, onlar rahat işləsinlər. Tarifi əsasən bazarın özü müəyyənləşdirir: «Bunu dövlətin özü nəzarətdə saxlayır. Yəni artıq şişirtmələr və bəzi məsələlər var ki, hansı ki, yüklərin buradan daşınmasına şərait yaradır. Onun qarşısını almaq üçün cənab Prezident belə bir bəyanatla çıxış edib və tapşırıq verib. Hesab edirəm ki, bu məsələ tənzimlənməlidir. Nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün qoyulmur, tənzimlənmir və özbaşınalıq yaradılır. Bu özbaşınalıq da yüklərin Azərbaycandan qaçmasına səbəb olur. Ona görə də tariflərin tənzimlənməsi üçün cənab prezident belə tapşırıq verib».
Daha sonra, o qeyd edib: «Artıq şişirtmələr və bəzi məsələlər var ki, hansı ki, yüklərin buradan daşınmasına şərait yaradır». Əgər bu cümləni kimsə başa düşə bildisə, lütfən, izah etsin. Qurbanov qeyd edir ki, bəzi qiymətlər düzgün qoyulmur, tənzimlənmir və özbaşınalıq yaradılır. Amma həmin özbaşınalığın hansı səbəblərdən, kim tərəfindən yaradıldığını açıqlamır. Və növbəti cümləyə diqqət edək: «Bu özbaşınalıq da yüklərin Azərbaycandan qaçmasına səbəb olur».
Necə yəni Azərbaycandan qaçmasına? Axı bu şəxs nazir olmaq istəyir. Əgər onun söylədiyi cümlələr jurnalist üçün aydın deyilsə, sadə vətəndaş Qurbanovun dediklərindən nə anlaya bilər? Göründüyü kimi bu çıxış da məhz gündəmdə olmaq istəyinin və «mən də varam» prinsipinin bir hissəsidir. Yəni, danışmaq xatirinə danışmaq. Bu arada vizual.az sayti isə Cavid Qurbanovu əsl ironiya hədəfinə çevirib. Sayt görün, onun haqqında nə yazır: «İnsafən demək lazımdır ki, Cavid Qurbanov son zamanlar eyş-işrət məclislərindən bir qədər ara verib deyəsən. Yəqin ki bu keçmiş şefi haqda ictimaiyyəti çaşdırmaq üçün «cici-bacı»olduğu və «yaxınına» buraxdığı mətbuata görədir. Halbuki elə 3-4 ay əvvəl belə məclisləri tez-tez düzənləyir, hətta bir gecədə «sənətçilər»üçün 150 min manatından da keçə bilirdi. Bəzi KİV-də yayılan məlumatlarda iddia edilir ki, Cavid Qurbanov üçün belə məclislərdən biri dostlarından birinə məxsus məkanda təşkil olunub və xərclənən ümumi məbləğ 150 min manat olub ki, bu 150 min manatdan təkcə 15 minixanım müğənnilərdən birinin payına düşüb. Ancaq bütün hallarda Qurbanov son zamanlar ziyalı imici formalaşdırmağa çalışır. Ən əsası dostlarını başına toplayıb daha müğənnilərə bir dəfəyə 15 min manat xərcləmir. İndi Cavid Qurbanov müğənnilər yerinə iddialara görə, həmin pulları bəzi baş redaktorlar üçün xərcləyir. Düşünür ki, bu media qurumları «Xatirələr»də qalmaq üçün onu nazir edəcəklər».
Azərbaycan Dəmir Yolları ASC-nin işçilərinin bu yaxınlarda yaydığı müraciət isə adamı şoka salır. Belə ki, bildirilir ki, Azərbaycan Dəmir Yolları ASC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla Bakı Depo rəisi Rəhman Bəbişov dövlət vəsaitlərini mənimsəməklə bərabər həm də xanım işçiləri cinsi istimara məruz qoyurlar. Cavid Qurbanovun Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyinatı alıdıqdan sonra mətbuatda yeni sədrin islahatlar aparacağı və adı çəkilən qurumu normal bir vəziyyətə gətirəcəyi ilə bağlı məlumatlar yazılırdı.Ancaq Cavid Qurbanovun Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyin edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də bu qurum problemlərin, korrupsiya bataqlığının içindədir.
Bir müddət öncə azfakt.com-un elektron poçtuna adının çəkilməsin istəməyən Dövlət Dəmir Yol ASC-nin işçisi çox ilginc bir şikayət məktubu göndərib. Həmin məktubda qeyd olunur ki, hazırda ASC-dəki bir çox rəhbərlərin özbaşınalğından, korrupsiya fəaliyyətlərindən sədrimiz Cavid Qurbanovun xəbəri yoxdur: «Ancaq bildiririk ki, əgər aşağıda sizlərə təqdim etdiyimiz hadisələrdən Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun xəbəri varsa bu ciddi bir biabırçılıq və rəzalətdir, yox xəbəri yoxdursa, o zaman bizim yazımızdan sonra xəbər tutması və ASC-də baş verən biabırçılıqlara son verməlidir. Yox əgər ASC sədri bu yazı dərc olunduqdan sonra da, biabırçılıqlara göz yumacaqsa, demək ki, bu barədə daha əvvəldən məlumatlı olub və Cavid Qurbanov sadəcə biabırçılığa rəvac verir».
Qurumun işçilərinin sayta müraciətində deyilir:
«Hörmətli AzFakt.com saytı! Bir neçə dəfə sizin saytda Azərbaycan Dəmir Yolları ASC ilə bağlı tənqidi yazıları oxuduqdan sonra, sizə bu qurumda baş verən biabırçı hadisələri, oyunları, insanlıq dramını təfərrüatı ilə çatdırmaq qərarına gəldim. Məlumunuz olsun ki, hazırda Azərbaycan Dəmir Yolları ASC demək olar rüşvət yuvasına çevrilib.
Hörmətli prezidentimiz İlham Əliyev 02.09.2015 – ci tarixində Cavid Qurbanovu Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyin edəndə çoxlarımız sevinirdik ki, adı bizə «Azəryolservis» ASC-dən tanış olan bu şəxs qurumu düzəldəcək, problemlər aradan qalxacaq, işçilərə edilən zülm, əziyyət, qəddarlıqlara son veriləcək. Ancaq demək olar ki, biz dəmiryolçular artıq Azərbaycan Dəmir Yolları ASC-də baş verə biləcək hər hansı dəyişikliyə, problemlərimizin həllinə artıq inanmırıq. Hazırda Azərbaycan Dəmir Yolları ASC-də keçmiş sədridən qalan bir qrup şəxs mütəşəkkil dəstə halında qurumu ələ keçirərək ən yüksək səviyyədə özbaşınalıq edirlər.
Bu özbaşınalıqlardan əlbəttə ki, Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun xəbəri yoxdur. Ancaq son aylar yüzlərlə dəmiryolçu Cavid Qurbanovla görüşmək üçün müraciətlər etsə də, heç bir nəticə olmayıb.Əgər ASC sədri 10 nəfər şikayətçini dinləsə və onlaırn etdikləri şikayətləri araşdırsan o zaman qurumda yüzlərlə korrupsioner, qudurğan məmur vəzifəsi ilə vidalaşacaq. Mən sizə ilk əvvəl Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov, Bakı Depo rəisi Rəhman Əbişov, onun müavini Hikmət Quliyev, Polis rəisi Yasəf İmanov, Cinayət axtarışın rəisi Yaşar və digərləri haqqında məlumatlar verəcəm.
Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov bütün səlahiyyətini Depo rəisi Rəhman Əbişova verib. Rəhman Əbişov isə, öz növbəsində qatar rəislərini özünün kefinin istədiyi kimi təyin etməklə bərabər, həm də bu şəxsləri gündəlik «tasa» qoyub. Belə ki, hər gün ölkənin müxtəlif xətləri üzrə hərəkət edən qatarların rəisləri işini təhvil verəndə Rəhman İbişova 30 manat verməyə məhkumudr. Əvvəllər bu rəqəm 20 manat idi, lakin fevral ayından sonra Rəhman Əbişov özü dedi ki, dollar qalxdı, ona görə məndə qiyməti 10 manat artırdım.
Dünyanın heç bir yerində qatarları bələdçi təmizləmir, yumur. Ancaq Bakı Qatar Deposunda bütün qatarları bələdçilər yuyub təmizləyir. Çünki Rəhman İbişov özünün və Elyar Muradovun xeyli qohum əqrbasını, tanışının adını xadimə kimi yazdıraraq, hər ay onlara verilən əmək haqqını ciblərinə qoymaqla bərabər, həmin qohumlarının görəcəyi işləri biz bələdçilərə gördürürlər. Dövlət tərəfindən qatarların təmzilənməsi üçün verilən sabun, yuyucu toz və sair lazım olan əşyaların heç birisi bizlərə verilmir. Təkcə xlor verilir və Rəhamn Əbişov göstəriş verib ki, qatar rəisi sabunu, yuyucu tozunu, başqa lazım olanları özü alsın.
Bu gün Bakı Dəmir yolu deposunda heç kəs Rəhman Əbişova qarşı çıxa bilmir. Çünki depo rəisi Elyar Muradov və digərləri ilə birləşərək elə bir sistem yaradıblar ki, onlara qarşı olanlar anındaca işindən birdəfəlik gedir. Öz işimizdən getməmək xətrinə dözməyə məcbururq. Lakin buna da əminik ki, bizim bu problemlərimizdən ASC sədri Cavid Qurbanov xəbər tutsa hər şey tamam başqa cür olacaq.
Elyar Muradov, Rəhman Əbişov və digərlərinin özbaşınalığı bununla bitmir. Elyarla Rəhman xoşlarına gələn xanım bələdçiləri ən gəlirli qatar xətlərinə rəis təyin etməklə, həm də onları cinsi istismara məruz qoyurlar. Sərnişin daşınmanın rəsi ilə depo rəisi gəlirli xəttə getmək istəyənləri özlərinin yataqlarından keçirirlər. Bu bir həqiqətdir. İnanın ki, Bakı Dəmir Yol Deposunda bunu hər kəs bilir və gəlirli qatara düşmək Elyar Muradovla Rəhman Əbişovun yatağından keçir. Onların bu təkliflərini qəbul edənlər bölgüdə istədikləri xəttə düşə bilirlər. Qəbul etməyənlər isə həm sıxılır, həm danlanılır, həmdə ən çətin xəttlərə salınır. Sizə onlarla qatar rəisinin və bələdçi xanımların adlaırnı çəkə bilərəm ki, (bildirək ki, şikayətçimiz həmin şəxslərin adını bizə yazsa da, bəzi araşdırmalarımız baxımından və etik qaydalara görə adları hələki açıqlamırıq), onlar ayda bir neçə dəfə günlərini Elyar Muradovun, Rəhman Əbişovun, Hikmətin və digərlərinin xüsusi vaqondakı yatağında keçirirlər.
Hətta Cavid Qurbanov sədr gəlməmişdən öncə Rəhman Əbişov Bakı Vağzalının yaxınlığında 3 otaqlı bir mənzil kirayə etmişdi və həmin mənzildə həftədə bir iki dəfə Elyar Muradov, Hikmət və digərləri «bələdçi məşuqələri» ilə ziyafətlər təşkil edirdilər. Ancaq sonrada bu ziyafətlər həmin evdə dayansa da Rəhman «müəllimin» xüsusi vaqonunda yenə də davam edir.
Rəhman Əbişov onun təklifini qəbul etməyən dəmiryolçu xanımları iclaslarda danlayır, hətta təhqir belə edir. Kimsə onun bu təhqirinə cavab verirsə, o zaman «məşuqələrinin» üzə durması ilə həmin şəxs susdurulur.
Hörmətli redaksiya Rəhman Əbişovun Bakı Deposunda əsas adamı Hikmət adında müavini və mühasibat işi ilə məşğul olan Gülya adlı xanımdır. Gülya adlı xanım məhz Rəhamnın bir çox bələdçilərə yataq təklifini çatdırmaqla bərabər, həm də depodakı maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Elyar Muradovun və Rəhman Əbişovun, Hikmətin başqa bir ortağı isə, Dəmir Yol Polis idarə rəisi Yasəf İmanovdur. Belə ki, Elyarla Rəhmanın müxtəlif təklifini qəbul etməyən və onların «qara siyahısına» düşən qatar rəisləri, bələdçilər polis işçilərinin əli ilə sıxılır. Belə ki, xətt zamanı həmin qatar rəisindən və bələdçilərdən tutulan «çepe» anındaca rəisə deyilir. Rəis isə öz növbəində işini qanuni tərəfində getməklə bərabər topu Elyar Muradovla Rəhman Əbişova atırlar.
Hörmətli redaksiya sizi əmin edirəm ki, bütün bu problemlərin, özbaşınalqıların arxasında Elyar Muradov dayanır.Çünki Rəhman Əbişov, Hikmət, Gülya və digərləri bu gücü məhz Sərnişin Daşınmalar Departamentinin rəisindən alırlar. Siz mənim bu məktubumu dərc edin və o zaman mən sizə daha sensasiya olacaq məlumatlar göndərəcəym. Həmin məlumatlarda Elyar Muradovun niyə bu qədər güclü olması və onu Nəqliyyat naziri Ziya Məmmədovla hansı tellərin bağlması barədə məlumatlar olacaq. Departamnet rəisinin ikinci dəfə hansı səbəbə görə ailə həyatı qurması, Rəhman Əbişovun hansı bələdçilərin xəstəxanada müalicə xərclərini ödəməsi və nə qədər kimlərə xərc çəkməsi barədə ilginc məlumatları da, Depo rəisinin müavini Hikmətin yanında işləyənlərə nələr təklif etməsi barədə hər kəsin bildiyi həqiqətləri də sizə yollayacam. Bundan başqa Bakı Dəmiryol Deposunda həyata keçirilən maliyyə maxinasiyaları, yığılan rüşvətlər, dövlət tərəfindən verilən yardımların, müxtəlif avadanlıqların necə mənimsənilməsi və sair maxinasiiyalar haqqında sizlərə ətraflı məlumatlar göndərəcəm».
Qeyd edək ki, müraciət edən şikayətçi adını açıqlamayıb. Ancaq sayt yazıb ki, özünün istəyi ilə onun adını Azərbaycan Dəmir Yolları ASc sədri Cavid Qurbanova təqdim edə bilər. Ancaq məsələ burasındadır ki, çox böyük ehtimalla Cabid Qurbanovun bütün bu hoqqalardan xəbəri var? Xəbəri varsa niyə tədbir görmür? Xəbəri yoxdursa, demək o ona göstərilən etimadı doğrulda, vəzifəsini layiqincə icra edə bilmir…(GundemXeber.az)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə