Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur qrupun bütün üzvləri qəzada öldü
Məşhur qrupun bütün üzvləri qəzada öldü
15 Fevral 2016 / 10:21 / Baxış sayı: 126
Font1 Font2 Font3 Font4

Qrup üzvlərinin maşını körpüdəki maneələrə çırpılaraq kanala düşüb. Britaniyanın məşhur rok qrupu “Viola Beach”in bütün üzvləri  avtoqəzada ölüb. Stokholmda turneyə çıxan ifaçılar Londona qayıtmaq üçün Arlanda Hava Limanına gedərkən qəzaya düşüblər. 

Qrupun avtomobili Stokholmun yaxınlığında körpü maneələrinə çırpılaraq kanala düşüb. Hadisə zamanı rok qrupun 4 üzvü və meneceri maşında olub. Onların hamısı qəza nəticəsində dünyalarını dəyişib.

İsveç polisi bildirir ki, hadisə 13 fevral baş verib. Lakin qəzaya uğrayanların britaniyalı qrup üzvləri olduğu sonradan bilinib.

 2013-cü ildə də tanınmış aktyor Pol Uoker də qəzanın qurbanı olub. O, 3 il öncə dekabrın 1-də Los-Ancelesin yaxınlığındakı Santa-Klarita şəhərində dostu ilə birlikdə qəzaya uğrayı b. Nəticədə onların hər ikisi dünyalarını dəyişib.

“Forsaj” filmlərinin amerikalı ulduzu, aktyor Pol Uoker Hollivudun “Forest Lawn Memorial Park” qəbristanlığında dəfn edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə