Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydərovların biznesi çökür: Taleh Heydərov idmançı dostunu inşaat şirkətinə rəhbər təyin etdi
Heydərovların biznesi çökür: Taleh Heydərov idmançı dostunu inşaat şirkətinə rəhbər təyin etdi
15 Fevral 2016 / 11:02 / Baxış sayı: 1124
Font1 Font2 Font3 Font4

Ölkədə bütün kəskinliyi ilə müşahidə olunan iqtisadi böhran məmur olixarxlarının inhisarında olan biznes sahələrini də sıradan çıxarmaqdadır. Neftin dünya bazarında ucuzlaşması fonunda ötən il Azərbaycanda baş vermiş 2 kəskin devalvasiya prosesi ölkədəki iqtisadi fəallığın iqtiqamətini mənfiyə doğru dəyişdi.

Ölkədə kütləvi işsizlik və ixtisarlar ən yüksək səviyyəyə çatıb. İşsiz qalmamaq üçün Azərbaycan insanı hazırda aclıqla mübarizədə qalib çıxmaq üçün pis şərtlərdə belə işləməyə razıdır.

Məmur olixarxlar isə bizneslərini yeni iqtisadi şərtlərdə qorumaq üçün sadə insanları kütləvi şəkildə işdən çıxarmaqda davam edirlər.  Belə ki, bahalı neft erasında qurulan məmurların biznesi elə ilk “titrəmə”dən bazar iqtisadiyyatının tələblərinə  cavab vermədiyini sübut etdi.

Çünki yüksək vəzifəli şəxslərə məxsus inhisarşı şirkətlər müasir menecment və marketinqdən yararlanmadığı üçün qeyri-neft sektorunun inkişafına və ölkəni belə bir böhrandan xilas etmək üçün heç bir tövhə verə bilməzdi.

İndiyə kimi uğurlu iş adamları kimi təqdim olunan və təbliğ edilən məmurların övladlarının hazırda bütün keyfiyyətləri ortadadır.

Məsələn, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi holdinq və şirkətlər tamam sıradan çıxıb. Düzdür, Anar Məmmədovun rəhbərlik etdiyi biznes sahələrinin sıradan çıxmasının əsas səbəbi iqtisadi amillər deyildi. Ancaq fakt budur ki, böyük iş adamı kimi təqdim olunan Anar Məmmədov normal bazar iqtisadiyyatı şəraitində iflasa uğramağa məhkum idi. Çünki  Ziya Məmmədovun oğlu ilə bağlı yayılan məlumatlar onun sadəcə ərköyün şəkildə böyüyən məmur övladı olduğunu göstərir. Həmçinin, Anar Məmmədovun dərin savad və iş adamı kimi keyfiyyətlərdən mərhum olduğu da yayılan məlumatlarda əks olunmuşdu. Sadəcə atasının vəzifə səlahiyyətlərindən istifadə etməklə nəqliyyat və başqa sahələrdə biznes qura bilmişdi.

Anar Məmmədov qədər uğurlu iş adamı kimi təqdim olunan məmur övladlarlndan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. “Gilan Holdinq”ə rəhbərlik edən Taleh Heydərovun nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alması ətrafında böyük təbliğat qurulmuşdu. Anar Məmmədovdan fərqli olaraq Taleh Heydərovun mətbuatda adı çox da mənfi istiqamətdə çəkilməyib. Taleh Heydərovun adı rəhbəri olduğu “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində intensiv şəkildə hallandı. Müstəqil media Cavid Hüseynovun azadlığa buraxılması üçün Taleh Heydərovun imkanları çərçivəsində istintaqa təsir etmək istədiyini yazırdı.

Yeri gəlmişkən, Kəmaləddin Heydərovun iki oğlu var: Taleh Heydərov və Nicat Heydərov. Hər iki qardaş London İqtisadiyyat Məktəbində ali təhsil alıb. Ataları kimi Heydərov qardaşlarının müsbət imiclərinin formalaşdırılması üçün böyük təbliğat kampaniyaları aparılıb: Uğurlu iş adamları və Azərbaycan həqiqətlərinin xaricdə təbliğ edən vətənpərvər gənclər kimi təbliğ olunan Taleh və Nicat Heydərovlar qardaşlarının müsbət imicləri üçün demək olar hər şey edilir.

Ancaq Taleh Heydərovun rəhbərlik etdiyi biznes sahələrindən sızan məlumatlar onu deməyə əsas verir ki, Kəmaləddin Heydərovun oğlu təqdim edildiyi qədər güclü menecer deyilmiş. Belə ki, ötən ilin payız aylarından başlayaraq “Gilan Holdinq”ə daxil olan şirkətlərdən minlərlə işçi kütləvi şəkildə ixtisara düşüb və işdən çıxarılma halları hazırda da davam edir.

“Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlərə nəzər salanda görərik ki, əslində Heydərovun rəhbərlik etdiyi biznes sahələri böhran dövründə belə yaxşı işləyə bilərdi. Ölkə iqtisadiyyatının ixrac potensialına böyük tövhələr verməliydi. Çünki “Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər üçün ən müasir texnika və avadanlıqlar, bunları işlətmək üçün xarici mütəxəssislər cəlb olunmuşdu…

“Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər bunlardır:

– Tikinti materiallarının istehsalı zavodları

– «Gilan İnşaat»;
– Şərab istehsal edən AGRO-AZERINVEST,
– Qəbələ Konserv Zavodu,
– Qəbələ Fındıq Emalı Zavodu,
– «Jalə» suları,
– Qəbələ Süd Emalı Zavodu,
– spirtli içkilər zavodu,
– dəri emalı zavodu,
– tikiş fabrikləri,
– dəyirmanlar
– “Qəbələ”, “Qafqaz” və “Gilan” hotelləri,
– «İpək yolu» və «Dəniz» restoranları

Göründüyü kimi, Heydərovlar ailəsinin holdinqi əgər müasir menecmentin tələbləri əsasında idarə olunsaydı, qeyri-neft sektorunun inkişafında və ölkədə işsizliyin azaldılmasında böyük rol oynamalı idi. Çünki “Gilan Holdinq”in hər tərəfli himayəsi vardı və bu himayə indi də var. Lakin belə böyük bir holdinq ölkədə iqtisadi fəallığın azalması fonunda çökür, işçilərini ixtisar edir. Çünki Taleh Heydərovun şirkəti bütün hədəflərini yerli bazarda fəaliyyət göstərməyin üzərində qurmuşdu…

Taleh Heydərovun necə bir idarəçi olduğunu göstərən bir faktı təqdim etmək istəyirik.AzToday.az-a daxil olan məlumata görə, Taleh Heydərov bir ay əvvəl stend atıcılığı ilə məşğul olan yaxın dostunu,  “Gilan İnşaat”a rəhbər təyin edib. “Gilan İnşaat”da bu rəhbər dəyişikliyindən sonra onlarla təcrübəli inşaatçı gənclər və idman naziri Azad Rəhimovun müavini İsmayıl İsmayılovun oğlu, “Gilan İnşaat” yeni rəhbəri ilə işləməyin mümkün olmadığını əsas gətirərək, işdən çıxıb. Məlumata görə, “Gilan İnşaat”da son rəhbər dəyişikliyindən sonra işlər faktiki olaraq dayanıb…

Göründüyü kimi, Taleh Heydərov da başqa məmur övladları ilə müqayisədə heç bir üstün keyfiyyətlərə malik deyil. İş adamı kimi keyfiyyətləri yoxdur… Əks halda inşaat sahəsində bir gün belə işləməyən adamı böyük tikinti şirkətinə rəhbər qoymazdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə