Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – ŞOK TƏFSİLAT
“Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – ŞOK TƏFSİLAT
15 Fevral 2016 / 11:26 / Baxış sayı: 838
Font1 Font2 Font3 Font4

Tanınmış iş adamına müdhiş ittihamlar; Pullar Cahangir Hacıyev vasitəsilə Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə köçürülüb; Xanımbacı İsmayılova: ” Rasim Salmanov 11 milyon dollara Türkiyə “Zorlu” ticarət mərkəzində ev, Kanadada torpaq sahələri, “Ferrari” markalı maşın və digər əmlaklar alıb”; biznesmen vergidən yayınmaq üçün hansı üsulu seçib? 

Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan  Cahangir Hacıyevin daha bir maliyyə xəyanəti üzə çıxıb. Məlum olub ki, məhbəsdəki bankir manatın birinci  devalvasiyasından 2 gün əvvəl Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə 100 milyon dollardan artıq vəsaitin çıxarılmasına şərait yaradıb.

Maliyyə xəyanətinin şok təfsilatı haqda musavat.com saytına  ilginc məlumatlar daxil olub. Vergidən yayındırılmaqla qazanılan böyük məbləğdə pul isə “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanova məxsus imiş. Gizli pul ötürmə əməliyyatının ilginc detallarını prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda R.Salmanovun qaynanası Xanımbacı Qasım qızı İsmayılova qeyd edib. Redaksiyamıza daxil olan məktubun surətində digər qanunsuzluqlar haqda da müfəssəl məlumat verilir.

 

“Adımdan istifadə edib nəvəmi tutdurdu”

 

Xanımbacı İsmayılovanın yazdıqlarından aydın olur ki,  kürəkəni Rasim Salmanov onun adından 17 dekabr 2015-ci il Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verib. Ərizə əsasında, X.İsmayılovanın nəvəsi Sahib Arif oğlu Quliyev barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və sonuncu 1 fevral 2016-cı ildə tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır: “Rasim Salmanova verdiyim etibarnaməni ləğv etdirdim ki, adımdan hər hansı bir müraciət edə bilməsin. Həmin etibarnamənin ləğv edilməsi haqda sənədi də istintaqa təqdim etdim”.

 

Beynəlxalq Bankdakı araşdırmalar böyük cinayətləri üzə çıxarıb!!!

 

Xanımbacı İsmayılova “Bizim market”lər şəbəkəsinin rəsmi sahibidir. Yazır ki, biznesini bilavasitə kürəkəni Rasim Salmanov idarə edir. Kürəkəni ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, oradan da Kanadaya ötürüb.

Bu faktların üstü Beynəlxalq Bankdakı araşdırmalar zamanı açılıb. Bundan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib: “Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə çalışdı. Mənə və ailəmə hədə-qorxu gəldi. Bir gün də xəbər çıxdı ki, Rasim Salmanov bizim ailəni izlədirmiş”.

 

Nardaran hadisələri ailənin izləndiyini ortaya çıxardı!

Məktub müəllifi yazır ki, Nardaranda məlum hadisələr baş verəndən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) gücləndirilmiş iş rejiminə keçib. Həmin günlərdə BMCMİ əməkdaşları idarə ətrafında şübhəli şəxsləri müşahidə ediblər. Bu isə R.Salmanovun hüquq-mühafizə orqanlarının səlahiyyətlərini mənimsədiyini ortaya çıxarıb: “Nəvəm Sahib Quliyevin və ailəsinin yaşadığı evi BMCMİ-nin yanındadır. Rasim Salmanov nəvəmin evini güddürüb. Bu hadisə Nardaran hadisələri dövründə olduğuna görə idarənin ətrafında güclü nəzarət olub. Rasim Salmanovun adamları saatlarla Sahib Quliyevin mənzilini güdən zaman idarə əməkdaşları bu haldan şübhələnib. Həmin adamları tutaraq idarəyə aparıblar. Tutulanlar etiraf ediblər ki, Rasim Salmanov onlara Quliyevlər ailəsini güdmək və lazım olsa, tədbir görmək sifarişi verib. Adamlar onlara bunun müqabilində pul ödəndiyini də deyib. İdarədə araşdırma gedən zaman Rasim Salmanov Sahib Quliyevin evinə gəlib yalvarıb, səhv etdiyini boynuna alıb. Quliyevlər ailəsi bunu nəzərə alaraq BMCMİ-də ondan şikayətçi olmadılar və iş bağlandı”.

 

Xanımbacı İsmayılova yazır ki, R.Salmanov bundan sonra Sahib Quliyevin şərlənərək həbs olunmasına nail olub: “Guya 1989-cu il təvəllüdlü Sahib Quliyev dələduzluq yolu ilə onun milyonlarla pulunu mənimsəyib”.

 

Akif Çovdarovun üsullarından istifadə etməklə…

Xanımbacı İsmayılova bu halın MTN üsulundan, Akif Çovdarov üsulundan fərqlənmədiyini yazır: “Rasim Salmanovun havadarları sanki insanları faşist Almaniyasındakı kimi neytrallaşdırmaq, öz haqlarını müdafiə etməkdən çəkindirmək istəyirlər. Rasim Salmanovun ailə üzvləri, həyat yoldaşı dəbdəbəli həyat tərzi sürürlər. İlin 9 ayını xarici ölkələrdə Azərbaycanın dövlət büdcəsindən yayındırdıqları milyonlar hesabına lüks hotellərdə istirahət edirlər. Dövlət orqanları Rasim Salmanov və onun ailəsinə məxsus mənzillərdə axtarış aparsalar, dövlət büdcəmiz əsaslı bir hissəsi dolar”.

100 milyonlarla dolların hesabını Rasim Salmanovdan soran yoxdur…

X.İsmayılova yazır ki, ölkədən qanunsuz olaraq çıxarılan 100 milyonlarla dolların hesabını R.Salmanovdan soran yoxdur: “Rasim Salmanov manatının birinci  devalvasiyasından iki gün əvvəl, 19.02.2015-ci il tarixdə və ondan sonrakı tarixlərdə külli miqdarda maliyyə vəsaitlərini Azərbaycandan çıxarmağa nail olub. Rasim Salmanov bütün bu maliyyə fırıldaqlarını Beynəlxalq Bankın rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin köməkliyi ilə edib. Azərbaycanda qazanılan və ölkədən çıxarılan pullara Türkiyə və Kanadada  müxtəlif əmlaklar alıb. Rasim Salmanov 11 milyon dollara İstanbulda, ”Zorlu” Ticarət Mərkəzində ev, Kanadanın Vankuver şəhərində dəyəri 100 milyon dollarla ölçülən evlər, çayın qırağında torpaq sahələri, “Ferrari” markalı maşın və sair əmlaklar alıb. Müxtəlif biznes sahələrinə investisiya qoyub. Qeyd etməliyəm ki, “Bizim marketlər” şəbəkəsi rəsmi olaraq mənim adıma olub. Rasim Salmanov mağazalardan gələn gəlirləri vergidən və dövlət büdcəsindən yayındırmaq, külli-miqdarda pulların izini rahatlıqla itirmək üçün əmlaklarını mənim və digər qohumlarının adına keçirib. Hətta “Bizim Marketlər” şəbəkəsinin bank hesabı nəvəm Sahib Quliyevin adına olub. İl ərzində 100 milyon manat pul həmin hesaba oturub. Rasim Salmanov bu yolla dövlət nəzarətindən kənarda qalmağa çalışıb və nəvəmdən özünü müdafiə məqsədi ilə istifadə edib. Sonra onu həbs etdirib”.

“DİN rəhbərliyi işi öz nəzarətlərinə götürsün”

X.İsmayılova yazır ki, Rasim Salmanov bu məsələyə qədər qardaşı Rahib Salmanovu da məhkəmələrə çəkib, hüquq-mühafizə orqanlarına barəsində iddialar verib:  “Qardaşına şər-böhtan ataraq külli-miqdarda əmlakları ələ keçirmək istəyir. İstəyirik ki, bu məsələləri daxili işlər naziri Ramil Usubov və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov öz nəzarətlərinə götürsünlər. Çünki Rasim Salmanovun ailəmizə qarşı etdiyi qanunsuz hərəkətlər bir daha sübut edir ki,  bəzi hüquq-mühafizə orqanları əməkdaşları hələ də Eldar Mahmudovun metodları və Akif Çovdarovun ənənələrini davam etdirirlər”.

İş adamı qayınanasını kor etmək istəyir?

Xanımbacı İsmayılova yazır ki, gözündən  əməliyyat olunmalıdır. Amma R.Salmanov öz havadarlarının köməyi ilə onun ölkədən çıxışına qadağa qoydura bilib: “Müalicə üçün Türkiyəyə getməli olduğum halda Rasim Salmanovun sifarişi ilə müstəntiqi Vüqar İsmayılov barəmdə hərəkət məhdudiyyəti qoyub. Rasim Salmanov öz milyonlarından istifadə edib gözümün kor olmasına da nail olmağa çalışır”.

Yazıda adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə